Fransada bir nəfər İranın Parisdəki konsulluğuna girərək partlayış törətməklə hədələyib.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Fransanın “Europe1” radiosu yayıb.
Məlumata görə, onun üzərində intihar kəməri, əlində isə qumbaraya bənzəyən predmet olub.
“BFMTV” telekanalının məlumatına görə, polis sözügedən şəxsi saxlayıb. Hazırda təqsirləndirilən şəxs dindirilir.
Bizim.Media