Bollivud Azərbaycanda möhtəşəm film çəkir.
Bizim.Media xəbər verir ki, prodüser Emin Quliyev özünün İnstaqram səhifəsində hazırda Bollivudla birlikdə çəkildiyi “Vidaa Muyarçi” hind macəra filmindən möhtəşəm kadrları paylaşıb.
Azərbaycanda lentə alınan kadrlarda iki hind aktyorunun maşın sürdüyü əks olunub. Süjetə görə, sürücünün yüksək sürətlə təhlükəli manevrlər etməsi nəticəsində avtomobil aşaraq yolun kənarına uçur.
Emin Quliyev “1news.az”a müsahibəsində bildirib ki, bu səhnə Azərbaycanın Qaradağ rayonunda lentə alınıb:
“Layihə Azərbaycan Mədəniyyət Nazirliyinin yardımı ilə həyata keçirilir. Biz bu filmi çoxdan çəkirik, bundan sonra onun davamını da çəkəcəyik. Demək olar ki, bütün film Azərbaycanda çəkilib. Bu, bizim təcrübəmizdə ilk dəfədir, çünki bundan əvvəl Bollivud ölkəmizdə yalnız müəyyən səhnələri lentə alırdı”.
Prodüser qeyd edib ki, avtomobili Hindistanın məşhur aktyorlardan biri olan Ajit Kumar idarə edir:
“Əslində bu səhnədəki avtomobil çevrilməməli idi, amma son anda vəziyyət nəzarətdən çıxdı. Əsas odur ki, hər şey yaxşı getdi, heç kim zərər görmədi. Sükan arxasında olan aktyor Formula 2 sürücüsüdür. Demək istəyirəm ki, o, bu cür manevrləri dəfələrlə edib”.
Ajit Kumarın canlandırdığı baş qəhrəman həyat yoldaşı ilə Azərbaycanda yaşayan enerji şirkətinin direktorudur. Bir gün arvadı ona boşanmaq istədiyini və məhkəmə zamanı Gürcüstanda yaşayan valideynləri ilə qalmağı planlaşdırdığını deyir. Onu maşınla Gürcüstana aparmaq qərarına gəlir və bu səfər zamanı onlar müxtəlif macəralarla üzləşirlər.
Sözügedən kadrları təqdim edirik:
Bizim.Media