Xaricdən mal sifariş verənlərə XƏBƏRDARLIQ – VİDEO 

Xaricdən mal sifariş verənlərə XƏBƏRDARLIQ – VİDEO 

Hazırda oxunan: Xaricdən mal sifariş verənlərə XƏBƏRDARLIQ – VİDEO 

184085

Bağlamaların çatdırılması ilə bağlı vətəndaşlara “Azərpoçt”un adından saxta SMS-lər göndərilir. 

Bizim.Media xezerxeber.az-a istinadən xəbər verir ki, kiberdələduzlar vətəndaşlara mesajlar göndərərək çatdırılma ünvanının yanlış olduğunu deyirlər. Onlar məhsulu çatdıra bilmədiklərini deyirlər və ünvanın yenilənməsi üçün vətəndaşları saxta keçidlərə yönləndirirlər. 

İnformasiya təhlükəsizliyi üzrə ekspert Rəşad Əliyev bildirir ki, belə mesajların göndərilməsində məqsəd vətəndaşların şəxsi məlumatlarının ələ keçirilməsidir. 
Ekspert naməlum mənbələrdən daxil olan mesajların tərkibindəki keçidlərə daxil olmamağı, bank kartı və digər fərdi məlumatları qarşı tərəfə ötürməməyi tövsiyə edir. 

Qeyd edək ki, “Azərpoçt” MMC də bununla vətəndaşlara xəbərdarlıq edib. Rəsmi məlumatları yalnız müvafiq qurumun özündən dəqiqləşdirmək tövsiyə olunur. 
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO