“87%-dən çox səslə Vladimir Putin rus xalqının dəyərlərini nümayiş etdirmək üçün bütün Qərb imperiyasına qarşı döyüşdə tamamilə qalib gəldi”.
Bizim.Media xəbər verir ki, bunu Venesuela prezidenti Nikolas Maduro Vladimir Putini Rusiya prezident seçkilərində qalib gəlməsi münasibətilə təbrik edərkən deyib.
“Bu, yeni Böyük Rusiyanın çoxqütblü dünyaya, tarazlıq dünyasına iddiasıdır. Böyük qardaşımız Vladimir Putin qalib gəldi. 2024-cü ildə dünya üçün yaxşı əlamətlərdir. Putini və Rusiyanı təbrik edirik!” – deyə Maduro bildirib.
Bizim.Media