Növbədənkənar prezident seçkiləri ilə bağlı Azərbaycanın Fransadakı səfirliyinin Mədəniyyət Mərkəzində yaradılan seçki məntəqəsi səsverməyə tam hazırdır.
Bizim.Media xəbər verir ki, Seçki Məcəlləsinə uyğun olaraq yaradılmış 16 saylı Yasamal ikinci seçki dairəsinin 46 saylı seçki məntəqəsində prezident seçkilərinə səsvermə üçün bütün hazırlıqlar görülüb.
Fevralın 7-də yerli vaxtla saat 08:00-dan 19:00-dək vətəndaşlarımız səsvermədə iştirak edə bilərlər.
Qeyd edək ki, prezident seçkilərində ölkə hüdudlarından kənarda yaşayan və ya uzunmüddətli xarici ezamiyyətlərdə olan Azərbaycan vətəndaşlarının səsvermə hüquqlarının təmin olunması məqsədilə 37 ölkədə 49 seçki məntəqəsi yaradılıb.
Bizim.Media