2023-cü il martın 18-də təməlqoyma mərasimi keçirilən Suqovuşan qəsəbəsində ilk yaşayış kompleksinin tikintisi hazırda davam etməkdədir.
Bizim.Media xəbər verir ki, bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov özünün “X” hesabında paylaşım edib.
Prezidentinin xüsusi nümayəndənin yayımladığı tikinti işləri ilə bağlı videoçarxa əsasən sahəsi 2 hektardan çox olan məhəllədə 25-i birotaqlı, 80-i ikiotaqlı, 75-i üçotaqlı, 10-u isə dördotaqlı olmaqla ümumilikdə 190 mənzil inşa ediləcək.
Daha ətraflı videoçarxda:
Bizim.Media