Zaxarova: “Rusiya Ermənistanı ağır məğlubiyyətdən xilas edib” - VİDEO

Hazırda oxunan: Zaxarova: “Rusiya Ermənistanı ağır məğlubiyyətdən xilas edib” - VİDEO

175248

“Rusiya Ermənistanı ağır məğlubiyyətdən xilas edib”. 

Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib. 

“Moskva Ermənistanın tərəfdaşı olaraq qalır. Rusiya, 2020-ci ilin payızında baş vermiş döyüş əməliyyatlarının başa çatmasına həlledici töhvə verib. Ermənistanın ağır məğlubiyyətə uğramamasına həlledici töhvə verib.
Bununla yanaşı, biz hər zaman Azərbaycan-Ermənistan nizamlanmasında humanitar məsələlərə çox diqqət yetirmişik. Rusiya hərbi əsirlərin, saxlanılan şəxslərin mübadiləsinə, itkin düşmüşlərin axtarışlarına, minalanmış ərazilərin xəritəsinin təhvil verilməsinə aktiv köməklik göstərib. Cənubi Qafqazda sülh və sabitliyə gətirib çıxaracaq bu səyləri davam etdirməyə hazırıq”, deyə Rusiya XİN sözçüsü qeyd edib. 
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO