Prezident İlham Əliyevin tapşırıqlarına əsasən “Azərişıq” ASC işğaldan azad edilən bütün ərazilərdə, o cümlədən Kəlbəcər rayonunda güclü yağan qar və şaxtaya baxmayaraq dəniz səviyyəsindən 3000 m-dən çox yüksəklikdə yenidənqurma işlərini və fasiləsiz xidməti davam etdirir.
Bizim.Media xəbər verir ki, ASC-nin əməkdaşları yağan qarın hündürlüyünün insan boyunu ötən ərazilərdə belə elektrik şəbəkəsinin transformatorlarını qardan təmizləyir, yeni quraşdırılan güc transformatorlarının işə salınması üçün tədbirlər görürlər.
Kəlbəcər rayonunun Zar-Zəylik kəndi ərazisində yerləşən 160 KVA-lıq transformatora gərginlik verilib, uçot komplekt qurulub və 0.4 kV-luq kabel çəkilib.
Həmçinin, Qarabağ RETSİ (Regional Enerji Təchizatı və Satışı idarəsi) Kəlbəcər elektrik şəbəkəsinin xidməti ərazisində yerləşən İstisu istiqamətində yeni çəkilmiş 35 kV-luq ÖİN (Özünüdaşıyan İzolyasiyalı Naqil) kabel xəttinə gərginlik verilib.
Quraşdırılmış 160 KVA-lıq transformator montaj olunub və 0.4 kV-luq kabel xətti çəkilərək uçot komplekti quraşdırılıb.
Bizim.Media