“Qərb Kiyevə əlavə silah tədarükündən imtina edərsə, bütün ukraynalılar möhkəmlənmə aləti (mühəndis işlərini yerinə yetirmək üçün nəzərdə tutulmuş əl aləti – red.) ilə döyüşməyə hazır olacaqlar”.
Bizim.Media xəbər verir ki, bu sözləri Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ABC News telekanalına müsahibəsində deyib.
"Qərb bizə silah verməyi dayandırsa, bütün ukraynalılar kürəklə vuruşacaqlar. Ölkənin təhlükəsizliyindən söhbət gedəndə başqa seçim yoxdur. Silahımız bitsə belə, kürəklə döyüşəcəyik, çünki bu xalqın varlığı təhlükədədir” - deyə o bildirib.
Bizim.Media