Rusiya ordusu Ukrayna şəhərlərini kütləvi şəkildə raket atəşinə tutub.
Bizim.Media xəbər verir ki, bu barədə teleqram kanallarında görüntülər yayılıb.
Ukrayna mətbuatının məlumatına görə, partlayışlar Kiyev, Odessa, Dnepr, Xarkov, Xmelnits, Nikolayev və Lvov vilayətlərində qeydə alınıb. Dneprdə doğum evi və ticarət mərkəzinə raket zərbələri endirilib, yanğın başlayıb.
Bildirilib ki, kütləvi raket hücumu nəticəsində Xarkov və Dneprdə ölən və yaralananlar var, Kiyevdə isə 5 nəfər xəsarət alıb.
Bizim.Media