Yazıçı Anar İSTEFA verməyəcəyini AÇIQLADI – “Üç il də gözləsinlər...” - VİDEO 

Yazıçı Anar İSTEFA verməyəcəyini AÇIQLADI – “Üç il də gözləsinlər...” - VİDEO 

Hazırda oxunan: Yazıçı Anar İSTEFA verməyəcəyini AÇIQLADI – “Üç il də gözləsinlər...” - VİDEO 

166301

“Bu qədər gözləyiblər, 3 il də gözləsinlər. Demişəm ki, növbəti qurultayda öz namizədliyimi verməyəcəyəm. Mən də sözümün ağasıyam və bunu da izah etmişəm ki, nəyə görə namizədliyimi verməyəcəyəm. Çünki başlatdığım bəzi məsələlər var”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev “manşet.az”-a müsahibəsində qeyd edib. 

Yazıçının sözlərinə görə, gələn qurultaya qədər hesabat verməli olduğu üçün istefa verməyəcək:

“İstefa vermirəm, nə etmişəmsə, gələn qurultayda hamısının hesabatını verəcəyəm. Ondan sonra deyəcəyəm ki, xudahafiz... Demirlər ki, Anar getsin, cavanlar gəlsin? Gəlsinlər və mən onlara çox böyük məmuniyyətlə kömək edərəm. Əgər eqoist adam olsaydım, deyərdim ki, mən gedəndən sonra bura dağılsın. 
Neçə il saxladım və parçalanmağa qoymadım. 36 illik fəaliyyətimi Yazıçılar Birliyinə həsr etmişəmsə, istəyirəm ki, məndən sonra da bu ocaq yaşasın. Yazıçılar Birliyi olmasa, o biri yaradıcılıq təşkilatları da olmayacaq”, deyə Anar Rzayev qeyd edib. 
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO