Tarixi 1600-cü illərə qədər gedib çıxan qədim İrəvan teatrı hələ o zamanlar fransız səyyahı Jan Şardeni o qədər valeh edib ki, o, bu teatrı Qərbin operasına bənzədib. Lakin zaman-zaman İrəvan tarixinin bütün keşməkeşləri bu teatrın da taleyindən yan keçməyib.
Bizim.Media xəbər verir ki, bu barədə Baku TV-nin İrəvan Dövlət Azərbaycan Teatrına həsr etdiyi süjetində bəhs olunub.
Qeyd edilib ki, son bir əsrdə teatr 3-4 dəfə deportasiyalara uğrayıb, dağıdılıb, qovulub, təzyiqlərə məruz qalıb. Son qovulma tarixi 1989-cu ilə təsadüf edib. O vaxtdan Azərbaycanın müxtəlif bölgələrinə, o cümlədən paytaxtın bir neçə ünvanlarına sığınıb.
Bildirilib ki, nə zamansa, tezliklə öz doğma ünvanında, İrəvanın səhnəsində pərdələrini açmağa əmin olan teatr bu gün öz 140 illiyini hələ də təmir olunub köçə bilməyən ünvanda keçirə bilmədiyinin təəssüfünü yaşayır.
Bizim.Media