İsrail ordusu ötən gecə Qəzza zolağında HƏMAS və “İslami-Cihad” qruplaşmalarının radikallarına məxsus 500-dən çox hədəfi zərərsizləşdirib.
Bizim.Media xəbər verir ki, bu barədə İsrailin hərbi mənbələri məlumat yayıblar.
Qeyd olunub ki, hədəflər döyüş təyyarələri, helikopterlər və artilleriyalarla vurulub.
Məlumata görə, həmçinin HƏMAS rəhbərliyinin yerləşdiyi binalara da zərbələr endirilib. Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında Qəzza zolağından İsrailə raket hücumları başlayıb və eyni zamanda silahlı qruplar yəhudi dövlətinin ərazisinə daxil olub.
Ordu "müharibə hazırlığı vəziyyəti" elan edib və tezliklə cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.
Bizim.Media