"Binə” və “Sədərək” ticarət mərkəzlərinin ərazisini su basıb.
Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, FHN-in "112" qaynar telefon xəttinə, intensiv yağıntılarla əlaqədar paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Binə” və “Sədərək” ticarət mərkəzlərinin ərazisinin subasmaya məruz qalması barədə məlumatlar daxil olub.
Bununla əlaqədar olaraq nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri ərazilərə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.
Hal-hazırda su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması işləri həyata keçirilir.
Bizim.Media