Rusiyanın Moskva vilayətinə növbəti dəfə PUA hücumu olub.
Bizim.Media xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin teleqram səhifəsində məlumat verib.
O bildirib ki, Rusiyanın Hava Hücumundan Müdafiə Qüvvələri Moskva yaxınlığındakı Lyubertsı rayonunda paytaxt istiqamətində uçan pilotsuz uçuş aparatını vurub, itki və dağıntı yoxdur.
Bundan əvvəl Müdafiə Nazirliyi Rusiyanın hava hücumundan müdafiə qüvvələrinin Bryansk vilayəti üzərində iki PUA-nı vurduğunu bildirib.
Bizim.Media