“Nikosayağı” qəzaya DÜŞDÜ - Qolu amputasiya edildi - VİDEO 

“Nikosayağı” qəzaya DÜŞDÜ - Qolu amputasiya edildi - VİDEO 

Hazırda oxunan: “Nikosayağı” qəzaya DÜŞDÜ - Qolu amputasiya edildi - VİDEO 

150848

“Nikosayağı” adı ilə tanınan bloger Nicat Şakirli qəzaya düşüb. 

Bizim.Media xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. 

N. Şakirli idarə etdiyi “Porsche” markalı avtomobili ilə TIR-a çırpılıb. Qəza nəticəsində bloger və avtomobildə olan sərnişinlər ağır bədən xəsarətləri alaraq xəstəxanaya aparılıblar. 

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. 

TƏBİB-in məlumatında bildirilib ki, xəsarət alanlar-29 yaşlı Nicat Şakirli sağ yuxarı ətrafın dirsəkdən amputasiyası, 23 yaşlı Fəxri Rüstəmov isə sağ əlin kəsilmiş yarası diaqnozu ilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə təxliyə olunublar. Qəza nəticəsində həkimə qədər 1 ölüm qeydə alınıb. 
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO