“Naxçıvan” Universiteti ilə bağlı videoçarx hazırlanıb.
Bizim.Media xəbər verir ki, tanıtım videoçarxı ali məktəbin sosial şəbəkə hesablarında paylaşılıb.
MÖVZU İLƏ BAĞLI:
“Naxçıvan” Universitetində YENİLİK: MBA üzrə yeni ixtisaslaşma YARADILDI
Məqsəd universitetdə yaradılan şəraiti təqdim etməklə abituriyentlərin təhsil almaq üçün bu ali məktəbi seçməsinə nail olmaqdır.
“Bizi seçin, siz də bu ailənin bir üzvü olun. “Naxçıvan” Universiteti təhsilin əlçatanlığını, keyfiyyətliliyini və innovativliyini bir arada toplamış ali təhsil müəssisəsidir”, - paylaşımda deyilir.
Qeyd edək ki, “Naxçıvan” Universitetində MBA (Master of Business Administration) proqramı çərçivəsində “Biznesin idarə edilməsi” üzrə “ümumi təyinatlı” yeni ixtisaslaşma yaradılıb.
Universitetin təqdim etdiyi MBA proqramının əsas üstünlüyü tələbələrə təcrübə yönümlü bilik və bacarıqlar qazandırmaq, eyni zamanda iş həyatına hazırlamaqdan ibarətdir.
Artıq MBA proqramı üzrə təhsil almaq istəyən tələbələr “Naxçıvan” Universitetini rahatlıqla seçə biləcək.
Təhsilin davam etmə müddəti ənənəvi magistr təhsil proqramına uyğun olaraq 2 il nəzərdə tutulub.
Bizim.Media