“Qubadlı rayonunun Bərgüşad və Həkəri çayının qovşağında yerləşən Zilanlı kəndi bir il yarıma tikilib təhvil veriləcək. Sonra isə sakinlərin doğma yurdlarına köçürülməsi başlanacaq”.
Bizim.Media xəbər verir ki, bunu “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyyə Rza bildirib.
O qeyd edib ki, Zilanlıya ilk mərhələdə 772 nəfərin köçürülməsi nəzərdə tutulub.
80 hektarı əhatə edən layihələndirilmiş ərazidə yerli materiallardan istifadə olunur, tikintinin hər mərhələsində iqlim şəraiti də nəzərə alınır.
Ümumiyyətlə, tikinti-quruculuq işləri Qubadlının şəhər mərkəzində, Xanlıq kəndi, Kürdmahruzlu kəndlərində də başlayıb.
Daha ətraflı süjetdə: