Xüsusi Təyinatlılar “Qapıcıq” zirvəsinə YÜRÜŞ ETDİ - VİDEO 

Xüsusi Təyinatlılar “Qapıcıq” zirvəsinə YÜRÜŞ ETDİ - VİDEO 

Hazırda oxunan: Xüsusi Təyinatlılar “Qapıcıq” zirvəsinə YÜRÜŞ ETDİ - VİDEO 

135315

Əlahiddə Ümumqoşun Ordunun Xüsusi Təyinatlıları Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Naxçıvan Muxtar Respublikasının ən hündür nöqtəsi olan “Qapıcıq” zirvəsinə yürüş edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, Ordubad rayonu ərazisində yerləşən və hündürlüyü 3905 metr olan "Qapıcıq" zirvəsinə qalxan hərbi qulluqçularımız Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini yad edib, Azərbaycan Respublikasının üçrəngli bayrağını dalğalandırıb və Dövlət Himnimizi səsləndiriblər. 
Sonda xüsusi təyinatlılar Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyini tərənnüm edən lövhəni qaya üzərində bərkidiblər. 
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO