Xəbər verdiyimiz kimi, aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri Laçın yolunun başlanğıcında, Ermənistanla sərhəddə yerləşən Həkəri çayının üzərindəki körpüdə sərhəd nəzarət-buraxılış məntəqəsi qurub. Artıq məntəqədən Qarabağda yaşayan ermənilər öz avtomobilləri ilə rahat şəkildə gedib gəlirlər.
Azərbaycan televiziyası məntəqə ilə bağlı reportaj hazırlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə görüntülər televiziyanın Facebook səhifəsində yayımlanıb.
Süjetdə deyilir ki, sərhədçilərimiz gömrükçülərlə birgə öz fəaliyyətlərini peşəkarcasına davam etdirirlər.
Daha ətraflı videomaterialda:
Bizim.Media