BƏƏ-nin paytaxtında yeni hoverbike-futuristik uçan motosiklet buraxılıb.
Yeni uçan aparat əsasən ölkələrarası axtarış və xilasetmə əməliyyatlarında insanların həyatını xilas etmək üçün istifadə olunacaq.
Motosiklet Yaponiya istehsalıdır. O, yerdən 20 metr hündürlüyə qalxa və 80 km/saat sürətlə uça bilir. Yanlarındakı dörd pərlə o istənilən manevri etmək qabiliyyətindədir.
Hoverbike aviasiya və kosmik sənayedə istifadə olunan yüksək güclü karbon lifindən hazırlanıb. Onun çəkisi 300 kq-dır. Mühəndislər fikirləşir ki, qeyri-adi nəqliyyatdan neft və qaz sənayesində, ucqar ərazilərə təcili yardımın çatdırılması və hətta tikinti sektorunun dəstəklənməsi üçün də istifadə oluna bilər.
Bizim.Media