İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycan səfirliyinin silahlı hücum nəticəsində yaralanmış əməkdaşlarına baş çəkib.
Bizim.Media xəbər verir ki, nazirə yaralıların son vəziyyəti barədə məlumat verilib.
Xəsarət alanların yerləşdirildiyi Tehran xəstəxanasının Baş həkimi bildirib ki, yaralanan şəxslərdən birinin vəziyyəti qənaətbəxşdir:
"İkinci yaralının üzərində isə hazırda çənə və üz əməliyyatı aparılır, zədə böyükdür, əməliyyat uzun çəksə də, uğurla davam edir".
Bizim.Media