Erməni xəstələri daşıyan maşınlar aksiya iştirakçıları tərəfindən İrəvan İSTİQAMƏTİNƏ BURAXILDI - VİDEO

Erməni xəstələri daşıyan maşınlar aksiya iştirakçıları tərəfindən İrəvan İSTİQAMƏTİNƏ BURAXILDI - VİDEO

Hazırda oxunan: Erməni xəstələri daşıyan maşınlar aksiya iştirakçıları tərəfindən İrəvan İSTİQAMƏTİNƏ BURAXILDI - VİDEO

110392

Xankəndi istiqamətindən gələn, ermənilərə məxsus təcili tibbi yardım maşını aksiya meydanından keçərək, İrəvan istiqamətinə hərəkət edib. 

Bizim.Media xəbər verir ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi və Rusiya sülhməramlı qüvvələrə məxsus maşının müşayiəti ilə keçən tibbi yardım maşınında Xankəndindən olan ağır xəstə olduğu deyilir.

Bu, bir daha sübut edir ki, azərbaycanlıların təşkil etdiyi aksiya dinc insanlara yönəlməyib. 

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən etiraz aksiyası keçirilir. Aksiya Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu
 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO