"Paqanini" Xankəndi-Laçın yolunda dinc aksiyaçılara konsert verdi - VİDEO

Hazırda oxunan: "Paqanini" Xankəndi-Laçın yolunda dinc aksiyaçılara konsert verdi - VİDEO

110342

"Şuşaya dünən gəlmişəm. Məqsədim dinc aksiyaya dəstək olmaq və onlarda ruh yüksəkliyi yaratmaqdır. Buna görə də mən aksiya iştirakçıları ilə birlikdə bütün gecəni meydanda keçirdim. Skripkada ifalar etdim...".

Bu sözləri Bizim.Media-nın Qarabağ bürosuna müsahibəsində skripka ifaçısı Qurbanlı İzabella bildirib. 

Gənc ifaçı Şuşaya ilk səfəri olduğunu diqqətə çatdıraraq əlavə edib ki, hər bir Azərbaycan vətəndaşı kimi ölkənin təbii sərvətlərinin qanunsuz yolla istismarına etiraz edənlərdəndir: 

24 yaşlı gənc ifaçı aksiyaya könüllü olaraq qoşulub:

"Hər bir Azərbaycan gənci ölkəsinə qarşı törədilən ekoloji terrora "yox" deməlidir. Ona görə də aksiyaçılar tərəfindən səsləndirilən tələblər yerinə yetirilənə qədər dəstək olacağam. Bilirsiniz ki, bu, dinc aksiyadir. Bundan başqa musiqinin milliyyəti və sərhəddi yoxdur. Mən öz ifalarımla sülh və dinclik mesajı vermək istəyirəm", - deyə skripkaçı qeyd edib. 

Aksiya iştirakçılarının marağına səbəb olan və "Paqanini" kimi tanınan skripkaçı qızın ifaları yerli və xarici musiqilərdən ibarətdir. O, 6 yaşından bu sənətlə məşğul olduğunu və müəyyən hədəflərinin olduğunu bildirir. Dinc aksiyanın sülh çağırışçılarından olan "Paqanini" Xankəndi sakinləri üçün konsert verməyə hazır olduğunu deyir. 
Qeyd edək ki, Xankəndi-Laçın yolu üzərində keçirilən aksiyanın səkkizinci günü davam edir. 

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO