Xanımlarımız İran qadınlarına belə dəstək oldu – VİDEO 

Xanımlarımız İran qadınlarına belə dəstək oldu – VİDEO 

Hazırda oxunan: Xanımlarımız İran qadınlarına belə dəstək oldu – VİDEO 

106639

Azərbaycan xanımları İrandakı etirazlara dəstək nümayiş etdiriblər. 

Bizim.Media xəbər verir ki, gənc xanımlarımız İrandakı etiraz aksiyalarında öldürülən və həbs edilən qadınlara dəstək olaraq fləşmob keçiriblər. 

Aksiya Güney Azərbaycanda öz hüquqları uğrunda mübarizə aparan gənclərə, xüsusilə polis tərəfindən öldürülmüş Hədis Nəcəfi, Əsra Pənahi, Aylar Həqqi və başqa şəhid olmuş soydaşlarımıza həsr edilib.

Aksiya özündə arxasını kameraya tutaraq saçını bağlayan qızı ehtiva edir.

Bu fləşmob, habelə videoda səsləndirilən etnomusiqiçi Ariya Türkanburlunun bəstəkarı olduğu “Qadın marşı” Güney Azərbaycandakı hərəkatın simvollarından birinə çevrilib.
 

Xatırladaq ki, sentyabrda 22 yaşlı Məhsa Əmini "Əxlaq" polisi tərəfində hicab bəhanəsi ilə döyülərək qətlə yetirilib. Onun öldüyü vaxtdan bəri İranda nümayişlər geniş vüsət alıb.

İnsan haqları müdafiəçilərinin məlumatına görə, indiyədək etirazlarda 200-dən çox etirazçı öldürülüb, minlərlə insan həbs edilib. Onların arasında gənc qadınlar da var. İranda küçələrə, meydanlara çıxaraq etiraz edən qadınlar baş örpəklərini açırlar. 

Həmin görüntüləri təqdim edirik:

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO