AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi, tanınmış tarixçi-pedaqoq Dilavər Əzimli Moderator.az-a açıqlamasında Azərbaycandakı siyasi oyunbazlara xəbərdarlıq edib. Rusiyanı Dağlıq Qarabağın xilaskarı kimi təqdim etməyi xalqı aldatmaq, onun hisləri ilə oynamaq kimi dəyərləndirən D.Əzimli, bu təqdimatın yalan və əsassız olduğunu, Azərbaycan xalqının başına gələn müsibətlərdə Rusiyanın hər kəsdən daha artıq pay sahibi olduğunu bildirib:
“Son
dövr baş verən siyasi olaylar göstərdi ki, Rusiya Azərbaycanı ağuşuna almaq
üçün bütün resuslarını işə salıbdır. Azərbaycanda Rusiya
meylli qüvvələr də bu işdə önəmli rol oynamışdir. Dünya mətbuatında gedən
yazılar da bunu sübut edir. Əslində, Avropa Parlamentinin Azərbaycana qarşı qətnaməsi
bu istiqamətdən izah oluna bilər. Qərb Azərbaycanın Rusiyaya meyliliyindən bərk
narahatdır. Bir müddət bundan qabaq ölkə qəzet və saytlarında Rusiya birmənalı
şəkildə təbliğ olunurdu. Hətta müxalifət qəzetlərindən biri bu işdə özünün fəda
edirdi. Onlara əməlli-başlı tapşırıq verilmişdi. Yazırdılar ki, Rusiya Ermənistanı
Azərbaycana qurban verir və yeddi rayon qaytarılacaqdır. Cəmiyyət artıq buna
inanırdı. Əslində, bu oynanılan siyasətin başlanğıcı idi. Bu günlərdə, Avropa
Parlamentinin qətnaməsindən sonra hər şey aydınlaşdı. Bunun müqabilində hələ də
üzdəniraq "politoloq"lar ekranalara çıxıb həyasızcasına Avropanı tənqid
edir və erməni disporasının bu istiqamətdə fəaliyyətini qeyd edirlər. Onlar özləri
də bilirlər ki, yalan danışırlar. Onlardan bir tələbimiz var: bu millətin milli
hissləri ilə oynamayın! Biz bu torpaqlarda şəhidlər verdik. O şəhidlərin ruhu
bizə qənim olar. Bu ölkəni nə Avropanın, nə ABŞ-ın, nə də Rusiyanın qucağına
atmaq olmaz! Xalq heç kəsə bu mandatı verməyibdir. Biz də az-çox tarix
oxumuşuq. Rusiyanın işğalçılıq siyasətini sizlərdən yaxşı bilirik. Rusiya heç
bir zaman Ermənistanı Azərbaycana qurban verməyəcəkdir. Ermənistan onun əyalətidir.
Bunu hamı bilir. Rusiya tarixçiləri də bunu yazırlar. Rusiya jurnalistləri bunu
dəfələrlə bəyan ediblər. Ermənistanın duruş gətirməsi Rusiyadan asılıdr.
Rusiyanın hesabına torpaqlarımızı işğal edib. Onun hesabına da orada
dayanıbdır. Xocalını məhz Rusiya hərbi hissləri ilə birlikdə işğal edib qətliam
törətdilər. Həmin yeddi rayonu da onların hesabına aldılar. Rusiya üçün Qafqaz
böyük önəm kəsb edir. Rusiya gedib dünyanın çox ərazilərini ala bilər. Amma
imperiya ola bilməz. Rusiyanı imperiya edən məhz Qafqazdır. Qafqazsız Rusiya
dövlət, imperiya ola bilməz. Dönüb Moskva knyazlığına çevriləcəkdir. Bunu
Rusiyada yaxşı anlayırlar. Qafqazın açarı isə Azərbaycandır. Azərbaycansız
Qafqaz yoxdur. Buna görə də özünüzü yormayın! Bu xalq şəhid verdiyi bu ölkənin Rusiyanın
qucağına düşməsinə imkan verməyəcəkdir!
Məsələnin
digər tərəfi isə, işğal olunan torpaqlarımızdır. Biz onu silahla
alacağıq. Tarixdən elə bir hal tanımıram ki, sülh yolu ilə ərazisi işğal olunan
dövlətin xeyrinə torpaqlar qaytarılsın. Bu mümkün olan şey deyildir. Hesab edirəm
ki, işğalçı bir dövlətin terrorçu rəhbərləri ilə danışıqlar belə düzgün
deyildir. Torpaqlar müharibə ilə qaytarıla bilər. Azərbaycan cəmiyyəti bunu
yaxşı bilir. Artıq qəhrəman Azərbaycan gəncliyi yetişir. Onların hesabına biz
öz qədim İrəvanımızı da qaytaracağıq. Düşmənə elə zərbə vurulacaqdır ki, bir
daha özünə gəlməyəcəkdir. Erməni terroristlərinin Nürenburq şəhərində olan məhkəmə
kimi məhkəməsi başlanacaqdır. İlk hökm oxunan Xocalıda bəbək qatilləri Serj
Sarkisyan, Robert Koçaryan və s. olacaqdır. Buna tam əminəm!”x9d
Seymur
Əliyev




























































































