Zakir Fərəcovun qəzəbinə gələn iriçaplı məmur obyektlərindən ikisi  - FOTOLAR

Zakir Fərəcovun qəzəbinə gələn iriçaplı məmur obyektlərindən ikisi - FOTOLAR

Hazırda oxunan: Zakir Fərəcovun qəzəbinə gələn iriçaplı məmur obyektlərindən ikisi - FOTOLAR

95523
Bu il payız fəslinin yarpaq tökümü Sumqayıtda xüsusi olaraq hiss olundu və gözə çarpdı. Bu payız təbiətin yaşıl yarpaqlara son hökmü ilə Sumqayıtın yeni icra başçısının bəzi idarə, müəssisə rəhbərlərinə, söküləcək obyekt sahiblərinə verdiyi  hökm üst - üstə düşdü. Və bu qızılı payızda təbii və "siyasi" hökm davam edir...

Belə ki, Zakir Fərəcov işinə başlayan kimi bir neçə idarə müdirini işdən qovdu, digərlərini tənbeh etdi. Həmçinin Sumqayıtda bütün obyektlərin tikintisi dayandırıldı və bir neçə obyektin sonradan artırılan hissələri sökülməyə başladı. 

Moderator.az - ın əldə etdiyi məlumata görə, bu sökülmə əməliyyatı daha genişlənəcək və dərinləşəcək. Harda və necə gəldi, heç bir arxitektura normaları gözlənilmədən tikilən obyektlərin arxasında yekə - yekə məmurların dayandığını düşünəndə bu sökülmə işinin heç də asan olmayacağı qənaəti yaranır. 

Qeyd edək ki, sözügedən şəhərdə piyada səkilərinin üzərində inşa edilən obyektlərin sayı onlarla idi. H. Əliyev prospektində, düz piyada səkisinin üzərində tikilən Bioloji Təbabət Klinikasını və Atlas Tibb Mərkəzinin Sumqayıt filialının binasını misal çəkməyimiz iddialarımıza əyani sübut hesab oluna bilər.
     
Aldığımız məlumata görə, uzun illərdi fəaliyyət göstərən, şəhər sakinləri arasında “Seyfəddin Rəhimovun bazarı”x9d kimi tanınan kənd təsərrüfatı yarmarkası da günün tələblərinə cavab vermədiyi üçün artıq qapadılıb. Xatırladaq ki, Seyfəddin Rəhimov hazırda Sumqayıt şəhər İcra hakimiyyətində şöbə müdiri vəzifəsində çalışır...  
   
İnanırıq ki, vətəndaşların narahatçılığına və narazılığına səbəb olan bu obyektlərin sökülməsi və təmizlənməsi işi davam etdiriləcək, Sumqayıtın əvvəlki görkəmi öz normal vəziyyətinə qaytarılacaq. Qeyd edək ki, Sumqayıtda piyada səkilərinin üzərində dayanıb “ölüm”x9d hökmünü gözləyən onlarla obyekt var...


Zakir Fərəcovun qəzəbinə gələn iriçaplı məmur obyektlərindən ikisi <i style= - FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/7863.jpg">Zakir Fərəcovun qəzəbinə gələn iriçaplı məmur obyektlərindən ikisi <i style= - FOTOLAR" src="//old.moderator.az/fotobaza/original/7864.jpg">
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO