Bakıda məşhur futbolçunun bacısı onun evində intihar edib - Atası DANIŞDI

Bakıda məşhur futbolçunun bacısı onun evində intihar edib - Atası DANIŞDI

Hazırda oxunan: Bakıda məşhur futbolçunun bacısı onun evində intihar edib - Atası DANIŞDI

94840
 

Xəbər verdiyimiz kimi, Bakının Yasamal rayonunda Qırtımova Sevinc İlham qızı intihar edib. Azərbaycan millisinin və "Keşlə"nin müdafiəçisi İlkin Qırtımovun bacısıdır. S. Qırtımova Zaqatala rayon Aşağı Tala kənd 3 saylı orta məktəbin direktoru İlham Qırtımovun qızıdır.

Sfera.az bildirir ki, İlham Qırtımov unikal.org-a açıqlamasında bildirib ki, qızı intihar deyil, bədbəxt hadisə nəticəsində dünyasını dəyişib:

"Sevinc Yasamalda oğlum ilə ("Keşlə"nin müdafiəçisi İlkin Qırtımov) birlikdə yaşayırdı. Hadisə Yasamalda binanın 18-ci mərtəbəsində baş verib. Bir neçə gün idi, qızım mədəsindən şikayət edirdi. Buna görə də müalicə üçün iynə-dərman etdirirdi. Qızım evin içində qaytarmağa başlayıb. Özünü pis hiss etdiyindən hava almaq üçün evin eyvanına çıxıb. Yenidən  qaytaranda ayağı sürüşüb və aşağı düşüb.(ağlayır)”. 

İlham Qırtımov övladının subay olduğunu, Azərbaycan Milli Konservatoriyasında çalışdığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO