Yeni Ombudsman kimdir? - DOSYE

Yeni Ombudsman kimdir? - DOSYE

Hazırda oxunan: Yeni Ombudsman kimdir? - DOSYE

94169
 
Milli Məclisin bu gün keçirilən plenar iclasında Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin müavini Əliyeva Səbinə Yaşar qızı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilib.
Sfera.az xəbər verir ki, Səbinə Əliyeva 1980-ci ildə anadan olub. O, 3-cü dərəcəli dövlət müşaviridir.

İxtisasca hüquqşünas olan S.Əliyeva eyni zamanda hüquq üzrə fəlsəfə doktorudur. 2013-cü ildə Prezident İlham Əliyev tərəfindən "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Qeyd edək ki, S.Əliyeva Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovun həyat yoldaşıdır. (azvision)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO