SOCAR prezidenti Rövnəq Abdullayev son günlər ölkədə ən çox müzakirə olunan mövzuya - yanacağın qiymətinin endirilməsi haqda fikirlərə qəribə münasibəti ilə gündəmə gəlib.xa0
Rövnəq Abdullayevin sözlərinə görə, Azərbaycan iqtisadiyyatı sabit olduğundan yanacağın qiymətinin endirilməsinə ehtiyac yoxdur.xa0
Keçmiş millət vəkili, qtisadçı ekspert Nazim Məmmədov Moderator.azxa0- a açıqlama verərək Rövnəq Abdullayevin fikirlərinə münasibət bildirib:
“İnkişafda olan iqtisadiyyat heç vaxt sabit ola bilməz, yəqin hörmətli Rövnəq müəllim inflyasiya faizinin sabit olmasını nəzərdə tutur. Ancaq yada salmaq istəyirəm ki, hələ 2009 - cu ildə cənab prezidentin qiymətləri dövlət tərəfindən tənzimlənən mal və xidmətlərin qiymətinin maya dəyərinə uyğunlaşdırılması haqqında fərmanını yaddan çıxarıblar. Həmçinin həmin fərmanda maya dəyərinin üzərinə edilə biləcək rentabellik faizinin 30% - dən yuxarı olmaması haqqında tövsiyələr var. Onu demək istəyirəm ki, ən pis halda 1 litr benzinin ölkəmizdə istehsal xərci yəqin ki, 25 qəpiyi ötmədiyindən onu 3 dəfə baha satmaq heç də bizim neft ölkəsi olaraq statusumuza uyğun deyil, həmçinin yada salmaq lazımdır ki, ixrac olunan mal və xidmətlərin xarici bazarlarda rəqabətliliyini təmin etmək üçün daxili bazarda enerji daşıycılarının qiymətlərinə yenidən baxmaq zərurəti var. Təbii ki, bu məsələdə həm də xarici iqtisadi əlaqələrimiz sıx olan, həmçinin sərhədyanı ölkələrdə olan qiymətləri də kompleks nəzərdən keçirərək bu gün benzinin, dizel yanacağının qiymətlərinin endirilməsinə ehtiyac var.”x9d
Xəyal Əzizov































































































