Jurnalist Rasim Əliyevin döyülərək öldürülməsindən qısa müddət sonra Mingəçevir Şəhər Polis Şöbəsində vətəndaş Bəhruz Hacıyevin ölməsi cəmiyyətdə ciddi narazılıq və təlaşa səbəb olub. B.Hacıyevin ölümünə etiraz əlaməti olaraq Mingəçevir Şəhər Polis Şöbəsinin qarşısında bir qrup vətəndaş aksiya keçirib ki, bu da nəticə etibarilə ilə vətəndaşlarla polis arasında qarşıdurmaya səbəb olub. Vətəndaşlar hesab edir ki, B.Hacıyevin ölümünə görə məsuliyyət Mingəçevir Şəhər Polis Şöbəsinin üzərinə düşür və bu işdə müqəssir olan hər kəs qanun qarşısında məsuliyyətə cəlb edilməlidir.
Maraqlıdır, parlament seçkiləri ərəfəsində baş verən kütləvi narazılıq və etirazlar bu seçkilərin nəticəsinə də təsir göstərəcəkmi? Xalqın məmur harınlığı, idarəetmə siyasəti ilə bağlı narazılığı parlament seçkilərinin yekununda öz əksini tapacaqmı?
Moderator.az xəbər verir ki, “Hürriyyət”x9d qəzetinə açıqlama verən VİP sədri Əli Əliyev baş verənlərin hakimiyyət üçün nəticəsiz qalmayacağını vurğuladı:
“Təbii ki, parlament seçkilərində hakimiyyət tərəfindən yürüdülən siyasətin çatışmayan cəhətləri müxalif namizədlər tərəfindən hədəfdə olacaq. Mənə elə gəlir ki, Mingəçevirdə baş verən son hadisəni bundan öncəki digər hadisələrdən ayırmaq lazımdır. Bu, daha çox Quba və İsmayıllı hadisələrinə bənzəyir. Hansi ki, insanlar bu olaylar zamanı kütləvi şəkildə öz narazılıqlarını ortaya qoymuşdular.
Mingəçevirdə baş verənlər məmur özbaşınalığının, polis-vətəndaş qarşıdurmasının siqnalıdır. Yerlərdə bəzi məmurların özbaşınalı səbəbi ilə Quba və İsmayıllıda ciddi narazılıqlar meydana çıxmışdı. Indi isə Mingəçevit hadisələri meydana çıxmaqdadır. Buna səbəb isə yerlərdəki məmurların qanunların tələblərinə əməl etməməsidir. Yerlərdəki bəzi məmurlar özlərini dövlətin təmsilçisi kimi aparmırlar. Onlar özlərini daha çox hakimi-mütləq kimi aparırlar.
Təbii ki, Mingəçevir hadisələri ilə bağlı ciddi araşdırmaya ehtiyac var. Bu hadisənin səbəbləri ortaya çıxarılmalıdır. Baş verən etirazlar məmur özbaşınalığına göstərilən təpgidir. Artıq insanlar məmur özbaşınalığına qarşı dözümsüzlük nümayiş etdirir.
Istisna etmirəm ki, parlament seçkiləri zamanı müxalif namizədlər tərəfindən hakimiyyət təmsilçilərinin yürütdüyü siyasətin çatışmayan cəhətləri diqqət mərkəzində olacaq. Bu yöndə cəmiyyətə müəyyən mesajlar veriləcək”x9d.
xa0
Seymur Əliyev
xa0