“Xədicə İsmayıl deyir ki, mən yanlış subyekt olaraq seçilmişəm”x9d

“Xədicə İsmayıl deyir ki, mən yanlış subyekt olaraq seçilmişəm”x9d

Hazırda oxunan: “Xədicə İsmayıl deyir ki, mən yanlış subyekt olaraq seçilmişəm”x9d

84714
“Xədicə İsmayıl deyir ki, mən yanlış subyekt olaraq seçilmişəm”x9d

Fariz Namazlı: “Jurnalist radioda maliyyə öhdəliyi daşıyan adam olmayıb”x9d; 

Tural Mustafayev: “Prokurorluqda mənə dedilər ki...”x9d

Vəkil Fariz Namazlı ötən həftə AzadlıqRadiosunun əməkdaşı, hazırda həbsdə olan müvəkkili Xədicə İsmayılla görüşüb. Bu barədə bizə açıqlamasında F.Namazlı bildirdi. Onun sözlərinə görə, jurnalistin durumu yaxşıdır, artıq istintaq materialları ilə tanış olub.  F.Namazlı dedi ki, cinayət işi üzrə icraata artıq xitam verilib, bu gün vəsatət veriləcək. Vəsatət təmin olunmasa, ittiham aktı tərtib olunub, məhkəməyə göndəriləcək. Vəkilin sözlərinə görə, gələn həftədən sonra proses olmalıdır. 

F.Namazlı dedi ki, ortada X.İsmayılın təqsirini təsdiq edən heç bir sübut yoxdur. Jurnalistin üzərində Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə bağlı maddə qalıb. Vəkilin sözlərinə görə, qarşı tərəf - Tural Mustafayev ərizəsindən imtina etsə də, şikayət qüvvəsində qalıb: “Bu şəxs şikayətindən imtina edib. Deyib ki, təzyiqlər nəticəsində belə bir ərizə yazmaq məcburiyyətində qalıb. Hətta kimin təzyiqinə məruz qalması ilə bağlı adlar da sadalayıb. Amma prokurorluqda o məsələ araşdırılmayıb ki, kim təzyiq edib, nəyə görə edib. Prokurorluq bir cümlə göstərib ki, zərərçəkənin ərizəsindən imtinasına görə işə xitam verilmir. Halbuki burda iki nüans var. Əgər ərizəçi öz şəxsi istəyinə əsasən ərizəsindən imtina edərsə, bu halda onun şikayətinə əsasən həmin hissəyə xitam verilə də bilər. Amma əgər ərizəçi təzyiq əsasında belə bir ifadə verdiyini etiraf edirsə, bu halda dərhal xitam verilməlidir”x9d. 

Vəkil xatırlatdı ki, X.İsmayıl T.Mustafayevin həkimdən keçdiyini, hətta daha öncə intihar etdiyini deyib. Amma gənc həmin vaxt buna görə X.İsmayılı ittiham etmirdi: “Xədicə xanım bildirib ki, 2014-cü ildə Tural Mustafayevi görməyib. Onunla hər hansı danışığı, münasibəti olmayıb. Digər ittihamlara gəlincə, deyib ki, yanlış subyekt olaraq seçilib. ”x9dMən AzadlıqRadiosunda maliyyə öhdəliyi daşıyan adam olmamışam". Bunu da Xədicə xanım deyib". 

Tural Mustafayev isə yeni müsavat-a açıqlamasında bildirdi ki, yazdığı ərizəyə baxmayaraq, onu bu iş üzrə zərərçəkən kimi tanıyırlar. Müsahibimiz bir neçə gün öncə prokurorluqda olub. Ona istintaqın yekunlaşdığı bildirilib, 15 cilddən ibarət istintaq materialları ilə tanışlıq təklif edilib: “Saat yarım müddətində orda oldum. Bildirdilər ki, 20-25 günə, 1 aya qədər məhkəmə başlanacaq. Onlara şikayət ərizəsini təzyiq altında yazdığımı bildirdim. Dedilər ki, məhkəmədə istədiyinizi deyə bilərsiz. İzahatım, ərizəm işə tikilib. Cildlənib, nömrələnib. Məni çağırmışdılar ki, sənədlərlə tanış olum. Bütün hallarda məhkəməyə çıxacağam və sözümü deyəcəm”x9d. 

Xatırladaq ki, jurnalist Xədicə İsmayıla qarşı ötən ilin dekabrın 5-də Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) irəli sürülüb və o, həmin gün həbs olunub. Səbayel Rayon Məhkəməsində hakim Elşad Şamayevin sədrliyi ilə keçirilən prosesdə onun barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib.

Fevralda jurnalistə qarşı Baş Prokurorluq Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə- külli miqdarda törədildikdə),192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) maddələri ilə yeni ittihamlarını elan edib.

Bu ittihamlara görə jurnalisti 12 ilədək həbs gözləyir.

Xədicə İsmayıl irəli sürülən ittihamları peşə fəaliyyəti ilə əlaqələndirərək rədd edib. Beynəlxalq Amnistiya Təşkilatı jurnalisti “Vicdan məhbusu”x9d elan edib. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO