İlham Əliyev Süleyman Dəmirəlin vəfatı ilə bağlı başsağlığı verdi

İlham Əliyev Süleyman Dəmirəlin vəfatı ilə bağlı başsağlığı verdi

Hazırda oxunan: İlham Əliyev Süleyman Dəmirəlin vəfatı ilə bağlı başsağlığı verdi

81929
“O, Azərbaycan xalqının əsl dostu idi”x9d.

Azərbaycan prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana Süleyman Dəmirəlin vəfatı ilə bağlı başsağlığı verib. 

Moderator.az AZƏRTAC-a istinadla xəbər verir ki, başsağlığı məktubunda deyilir:

“Görkəmli dövlət xadimi və ictimai-siyasi xadim, Türkiyə Respublikasının 9-cu Prezidenti Süleyman Dəmirəlin vəfatı xəbəri bizi olduqca kədərləndirdi.

Süleyman Dəmirəl bütün həyat və fəaliyyətini doğma Türkiyənin rifahına həsr etmişdir. O, Türkdilli xalqlar və dövlətlər arasında əməkdaşlığın dərinləşdirilməsinə böyük töhfələr vermişdir. Süleyman Dəmirəl eyni zamanda Azərbaycan xalqının əsl dostu idi. Azərbaycana qəlbən bağlılığı onun müstəqilliyimizə dəstəyində, Azərbaycan-Türkiyə qardaşlığının möhkəmlənməsi sahəsində xidmətlərində öz ifadəsini tapmışdır.

Bu ağır itki ilə əlaqədar Sizə, qardaş Türkiyə xalqına, eləcə də mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və kədərinizi bölüşürük.

Allah rəhmət eləsin!”x9d.

İlham Əliyev həmçinin Süleyman Dəmirəlin qardaşı Şevkət Dəmirələ də başsağlığı verib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO