TQDK bəzi rayonlarda buraxılış imtahanları keçirir

TQDK bəzi rayonlarda buraxılış imtahanları keçirir

Hazırda oxunan: TQDK bəzi rayonlarda buraxılış imtahanları keçirir

81740
İmtahanların idarə olunmasına 1 798 nəzarətçi-müəllim ayrılıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Xocavənd, İmişli, Füzuli, Beyləqan, Şirvan, Hacıqabul, Sabirabad, Biləsuvar, Neftçala, Salyan, Saatlı, Lənkəran, Astara, Lerik, Yardımlı, Cəlilabad və Masallıda yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan (IX və XI siniflərdə) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirir.

TQDK-nın mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, IX sinif şagirdlərinin buraxılış imtahanlarının keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 66 imtahan mərkəzi ayrılıb. Həmin gün 21171 nəfər 9-cu sinif şagirdinin imtahanda iştirakı nəzərdə tutulur.
 
XI siniflərdə təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün 66 imtahan mərkəzi ayrılıb. Həmin gün 18113 nəfər 11-ci sinif şagirdinin imtahanda iştirakı nəzərdə tutulur.
 
İmtahanların idarə olunmasına ümumilikdə 219 imtahan rəhbəri, 1798 nəzarətçi-müəllim ayrılıb. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO