“Vətənimə ziyan verən hər kəsə qarşı mübarizəmi davam etdirəcəm”x9d

“Vətənimə ziyan verən hər kəsə qarşı mübarizəmi davam etdirəcəm”x9d

Hazırda oxunan: “Vətənimə ziyan verən hər kəsə qarşı mübarizəmi davam etdirəcəm”x9d

80570

Moderator.az xəbər verir ki, məşhur hüquqşünas Aslan İsmayılov ölkə gündəmi ilə bağlı maraqlı fikirlər səsləndirib. A.İsmayılov bundan sonra aparacağı mübarizənin mahiyyəti və istiqamətləri ilə bağlı da ciddi iddialar səsləndirib:

“Çoxlarından fərqli olaraq Milli Şura yarananda onu xilaskar kimi görməmişdim. Görsəydim hökmən orada təmsil olunardım. Buna baxmayaraq Milli Şuranın insanların reallığı dərk etməsində, müxalifəti bir araya gətirməsində rolunu nəzərə alaraq ona daim dəstək verdim. Yadınızdadırsa Milli Şuradan qopmalar olanda yazmışdım ki, gənclər məyus olmasın, maskalar cırılır. Azərbaycanda yaşadığım 26 il ərzində vaxtaşırı maskaların cırıldığının şahidi olmuşam. Bu gündən sonra isə maskalar daha sürətlə açılacaq və hər kəsin kimliyi bilinəcək. Sadəcə dərd ondadır ki, maskalar cırılandan bir müddət keçəndən sonra həmin sifətlər yenidən mətbuatda mələk donunda peyda olurlar. Qorxuram ki, yenə eyni hallar təkrarlana.

1993-cü il dövlət çevrilişində iştirak edənlərin bir çoxu bu gün də yavaş-yavaş olsa da yenə meydana qayıdırlar. Müxalifət mətbuatı isə bu hakimiyyətin əleyhinədir deyə onları məmnuniyyətlə tirajlayır. 1993-cü il hadisələri ilə bağlı hər ildönümdə baş verənləri bildiyim qədər açıqladım və hər dəfə də o hadisələrin iştirakçılarından da bunu etməsini xahiş etdim. O dövr hakimiyyətin səriştəsizliyini, xalq tərəfində dəstəklənmədiyini mən də bilirdim, bununla belə sülh yolu ilə də olsa hakimiyyət çevrilişinin əleyhinə idim və bu gün də əleyhinəyəm. İştirakçılardan da şəxsən xahiş edirdim ki, olanları, öz günahlarını da etiraf etməklə, açıqlasınlar. Çox təəssüf edirəm ki, müraciət etdiklərimdəm bir çoxu "hələ vaxtı deyil" dedilər. Musavat partiyasının dağılması ərəfəsində Arif Hacılı və Qubad İbadoğluna "namizədliklərini geri götürüb, partiyanı birləşdirə biləcək bir namizədin üstündə dayanın" təklifim isə satqınlıq, hakimiyyətə qulluq kimi dəyərləndirildi və növbədə duran qaraguruh hücuma keçdi.

Bu gün musavatçı Elbəyi Həsənlinin xaricdə sığınacaq almaq istəyənlərlə gedən şıdırğı alverdən bəhs edən yazısını oxudum və yazılanlara əsla şübhə etmirəm. Müxalifət adı ilə xaricə getmək istəyən onlarla insan elə mənə müraciət edib, onlara təqib olunmaları, bununla bağlı da məhkəmələrdə müdafiə etməyim baradə saxta arayışlar "satmağımı" istəyiblər. Bir çoxları isə xaricdə Miqrasiya Xidmətinə verdikləri izahatda guya mənim onların vəkili olmağımı göstəriblər. Həmin idarələrdən olan sorğulara yalandır cavabı verməyimə görə məni qınayanlar da çox olub. Hələ özünü müxalifət müxbiri kimi təqdim edib, xaricdə məmurların villalarını aşkar edənləri və bundan qazananları demirəm.

Adlarını hüquq müdafiə təşkilatları, müxalifətə yaxınlığını xüsusi gözə soxmaq istəyən bir çox QHT təşkilatları da bu alver ilə məşğul idi. Acınacaqlısı odur ki, bu tip "hüquq müdafiəçiləri"nin heç biri bu gün həbsxanada deyil. Bu təklifləri rədd edənlər isə bu gün qaynar istidə həbsxanalarda əzab çəkirlər.

Ən dəhşətliisi də odur ki, bu gün müxalifətə ən ağır zərbə vuran belələrinin adları, bilərəkdən, yaxub bilməzlikdən açıqlanmır. Çünki, hamı öz zibilindən qorxur. Əvəzində müxalifətçiliyi mənimsəmiş bəzi qaraguruh ara-sıra məni yada salmağı, ağlasığmaz böhtanları yağdırmağı unutmur.

Ölkədə gedən bu çox ağrılı prosesləri nəzərə alaraq bir daha mövqeyimi açıqlayıram:

Heç bir siyasi, vəzifə, var-dövlət iddiam yoxdur. Heç bir təşkilatda təmsil olunmuram və olunmayacam. Vətənimə ziyan verən hər kəsə qarşı, fərq etməz iqtidar ya müxalifət, mübarizəmi davam etdirəcəm. Bu günə qədər heç bir hakimiyyət, müxalifət oyunlarında iştirak etməmişəm və etməyəcəm. Azərbaycan Dövlətinin müstəqilliyinə zərər verəcək istənilən addıma qarşı olacam və mövqeyimi dəstəkləməyi hər bir vətəndaşdan xahiş edəcəm. Məni psixoloji, fiziki zorla susdurmaq istəyənlərə deyirəm - özünüzü yormayın!

Bu ölkədə düşmənim yoxdur, heç vaxt heç kimə düşmən gözü ilə baxıb pislik arzulamamışam. Bir istəyim özümün və balalarımın azad, demokratik, sabaha güvənli, mülkiyyət hüqunun müqəddəsliyi qorunan, korrupsiyadan uzaq, məhkəmələri Allah evi kimi qəbul olunan, məmurları vətəndaşlarına qul kimi deyil, onlara çörək verən kimi baxan, ziyalısına, müəlliminə, həkiminə, əsgərinə, vəkilinə hörmətlə yanaşılan bir məmləkətdə yaşamaqdır".

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO