“Abid Şərifov həbsxana jarqonu ilə danışır...”x9d

“Abid Şərifov həbsxana jarqonu ilə danışır...”x9d

Hazırda oxunan: “Abid Şərifov həbsxana jarqonu ilə danışır...”x9d

79062
Moderator.az-ın məlumatına görə, millət vəkili Fazil Mustafa baş nazirin müavini Abid Şərifovun son günlər sərgilədiyi qaba davranışlarını kəskin qınayıb:

"Baş nazirin müavini Abid Şərifovun açıqlamalarının bu iqtidara hansı divident gətirdiyini heç cür anlaya bilmədiyimə görə, hansı əsaslandırma ilə cəmiyyətin, xüsusilə də sıxıntı və acılar yaşamış sakinlərin qarşısına çıxarıldığının da izahını verə bilmirəm. Heç olmazsa Hacıbala müəllim durub vətəndaşlarla bir-iki epizod ağlayır, izah edir ki, nəzarəti əlindən alıblar, sətiraltı deyir ki, hansısa qurumun da məsuliyyətinin nə olduğunu müəyyənləşdirmək çətindir. Arabir də öz üslubunda acı durumda olan vətəndaşa təsəlli və ümid verir. Abid müəllim isə fərqli bir üslub sərgiləyərək həbsxana jarqonu ilə vətəndaşların və jurnalistlərin suallarını geri çevirir. Heç şübhəsiz ki, binalarda üzləməyə başlarkən biriləri etiraz edən vətəndaşlara demiş ki, üzləməni mənim şirkətim aparacaq, hə, əcəb edəcəyəm, nə olsun. Bu "əcəb edirəmin", "kabadayılığın" sonu o olur ki, günahsız insanlar gözlərini açıb ağır faciə ilə qarşılaşırlar və həyatları alt-üst olur. Eyni ifadəni indi baş nazirin müavini ağır faciədən sonra ən azı təsəlli verməyə borclu olduğu vətəndaşa deyir: söküntünü aparan mənim şirkətimdir, nə sözünüz ola bilər? İndi izah edin görüm bu iqtidara yüksək ranqlı məmurların belə xidmətinin adına el arasında nə deyirlər?"
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO