“Eurovision 2015”x9d mahnı müsabiqəsinin yarımfinalından sonra keçirilən mətbuat konfransında özünü ATV-nin əməkdaşı kimi təqdim edən Samirə Süleymanovanın təmsilçimiz Elnur Hüseynovdan mahnı oxumasını istəməsinə reaksiya gəlib.
Moderator.Az xəbər verir ki, atv-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu ölkə.az-a açıqlamasında bildirib ki, sözügedən şəxsin telekanalla heç bir əlaqəsi yoxdur:
“Eurovision”x9d təmsilçimiz Elnur Hüseynova müsabiqənin yarımfinalından sonra özünü atv-nin əməkdaşı kimi təqdim edən xanım tərəfindən sual verilib və bir mahnı oxunması xahiş olunub. Bu, Binəqədə rayonunda çoxmərətəbəli binada baş verən dəhşətli yanğının səhəri gününə təsadüf edirdi. Məlum olduğu kimi Elnur Hüseynov da mahnı oxumaqdan imtina etmişdi. atv olaraq bildiririk ki, bizim Samirə Süleymanova adlı əməkdaşımız yoxdur. Həmin şəxs “Fort Boyard”x9d layihəsi efirə gedəndə dövrdə telekanalımızda işləyib və sonradan işdən çıxarılıb. Bildirmək istəyirik ki, Samirə Süleymanova indi “Eurovision”x9dun təşkilat komitəsində çalışır”x9d.
V.Aydınoğlu S.Süleymanovanın özünü atv-nin əməkdaşı kimi təqdim etməsinin təxribat olacağını da istisna etməyib:
“Bu, atv-yə qarşı təxribat da ola bilər. Amma hələlik bu barədə dəqiq nəsə demək çətindir. Yaxşı olardı ki, Süleymanova özü bu barədə açıqlama versin”x9d.

































































































