Moderator.az xəbər verir ki, "Xalq Arzusu" Hərəkatınmın rəhbəri Asəf Quliyev faciə qurbanlarına görə ölkədə matəm elan olunmamasını hakimiyyətin vətəndaşlara münasibəti kimi xarakterizə edib:
"Bu gün Binəqədidə yanan binada 16 nəfərin ölümü hamımızı üzdü. Allah rəhmət eləsin. Artıq birinci dəfə deyil ki, bu cür dəhşətli yanğın hadisəsi bas verir. Əhmədlidə binanın yanmasından sonra Bakı Şəhər İcra Hakimiyyəti bu tipli üzlüklərin sökülməsi haqqında qərar verməli idi. Eləcə də FHN də üzlüklərin keyfiyyəti və təhlükəsizliyi haqqında sertifikat verməlidir. Hadisə göstərdi ki, hər iki qurum məsələyə məsuliyyətsiz və ya maddi maraqlar baxımından yanaşıb. Normal cəmiyyətdə vicdanı olan şəxslər hər iki qurumun rəhbərliyindən istefa verərdilər. 16 nəfərin ölümü ilə nəticələnən yangından sonra ölkədə matəm elan olunmaması da hakimiyyətin öz vətəndaşlarına olan münasibətin göstəricisi hesab olunmalıdır.
Faciənin baş verdiyi anlarda Azərbaycan televiziyalarının musiqili verilisləri dayandırmaması televiziyaların hansı əxlaqa və mənəviyyata sahib olmasını da ortaya qoydu.
Bir daha faciənin günahsız qurbanlarına Allahdan rəhmət diləyirəm."





























































































