İlham Əliyev Yeni Zelandiyanın Baş nazirinə başsağlığı verib

İlham Əliyev Yeni Zelandiyanın Baş nazirinə başsağlığı verib

Hazırda oxunan: İlham Əliyev Yeni Zelandiyanın Baş nazirinə başsağlığı verib

78423
 

Azərbaycan Prezidenti İlham Əliyev Yeni Zelandiyanın Baş naziri Casinda Ardernə başsağlığı məktubu göndərib.


 

Başsağlığının mətnində deyilir:


 

"Hörmətli xanım Baş nazir,

 

Kraystçerç şəhərində məscidlərə silahlı hücum nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca kədərləndirdi.

 

Biz bu amansız terror əməlindən son dərəcə hiddətlənir, terrorizmin bütün forma və təzahürlərinə qarşı beynəlxalq birliyin səylərini qətiyyətlə dəstəkləyirik.

 

Bu dəhşətli hadisə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Yeni Zelandiya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO