Kremlə inanmaq çox sadəlöhvlük və axmaqlıqdır-
 İsa Sadıkov

Kremlə inanmaq çox sadəlöhvlük və axmaqlıqdır- İsa Sadıkov

Hazırda oxunan: Kremlə inanmaq çox sadəlöhvlük və axmaqlıqdır- İsa Sadıkov

72444
Mühacirətdə yaşayan polkovnik, müdafiə nazirinin keçmiş müavini İsa Sadıkov Moderator.az-a göndərdiyi yazısında Ukrayna böhranının həlliylə bağlı Minsk razılaşmasının nəticələri barədə amerikalı senator Makkeynin bədbin qənaətini bölüşdüyünü bildirib:

Mən Makkeynin avropalı liderlərin, o cümlədən Almaniyanın Ukrayna probleminin həlli istiqamətindəki  “sülh təşəbbüsləri”x9dnin sonda digər keşmiş postsovet məkanındakı-Azərbaycan, Gürcüstan və Moldavadakı konfliktlər kimi  dondurulması ilə nəticələnəcəyi ilə bağlı fikirləri tamamilə bölüşürəm. 

Bunu anlayan Kreml də bütün səylərini bu istiqamətə yönəldib. Ukrayna konfliktinin dondurulması  daha bir neçə regionda öz təsirini göstərəcək. Bu baxımdan Kremlə inanmaq çox sadəlöhvlük və axmaqlıqdır. 

Ukrayna bir sıra şərtlər daxilində sülhə razılığı verə bilər; 

Birincisi, ruslara məxsus bütün ordu və hərbi texnika Ukrayna ərazisindən çıxarılsın; 
İkincisi, Ukraynanın ərazi bütövlüyünün təmin olunması və dövlət sərhəddində ciddi nəzarətin təmin olunması; 
Üçüncüsü, ölkə ərazisində Ukrayna konstitusiyasının  işləməsi və bunun tələblərinə riayət olunması. 

Ancaq bu şərtlər daxilində Rusiya ilə hər hansı sülh sənədi imzalamaq olar. Bu şərtlər daxilindən kənar  müddəaların olması yolverilməzdir. Bu baxımdan Minsk danışıqlarında əldə olunan razılıqların heç bir hüquqi əsası yoxdu. Oradakı şərtlər Rusiyanın tələbləri əsasında hazırlanıb. Məhz Minskdə əldə olunan razılaşmadan sonra Deboltsova yaşayış məntəqəsinə hücum başlanıldı və bu qəsəbə məhv edildi. Bu hücum nəticəsndə yüzlərlə  dinc sakin öldü. O zaman avropalı liderlərdən soruşmaq lazımdır ki, Rusiya və Putinlə sülh danışıqları istiqamətində sənəd imzalayarkən bu ölkə üzərinə götürdüyü  öhdəliklərə nə qədər hörmət edir və bunda nə qədər səmimidir? Putin bu şərtləri yerinə yetirməyə hazırdırmı? Moskva  hər hansı tələbləri yerinə yetirməyə hazır deyil, ona əslində bu cür danışıqlarda əldə olunan razılaşmalar sərf edir. Çünki bu gün Rusiya Ukrayna ərazisində genişmiqyaslı hərbi əməliyyatlar aparmaq və bununla da məqsədlərinə çatmaq  imkanına malik deyil. İndiki halda münaqişənin dondurulmuş vəziyyətə gətirilməsi Moskvan üçün uğur və qələbə hesab olunur. Odur ki, Ukrayna bütün səyini toplayaraq yuxarıda adı çəkilən şərtlərin yerinə yetirliməsinə;- sərhədləri daxilində bütün ölkə ərazisində nəzarəti ələ almalıdır. İndiki şərait ancaq və ancaq işğal altında olan vilayətlərdəki gərgin vəziyyəti bir az da  dərinləşdirəcək. Buna misal kimi şaxtadakı faciə zamanı terrorçular Ukrayna tərəfinə onlara yardım etməyə şərait yaratmadı və nəticədə Yatsenyuk məsələ ilə bağlı Putinə müraciət etmək zorunda qaldı. Əgər vəziyyət belə qalarsa, o zaman proses uzun illər davam edəcək və necə ki, Rusiyanın bilavasitə iştirakçısı olduğu  digər münaqişələr kimi Ukrayna problemi də  həllini tapmayacaq."

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO