Dünyada ilk dəfə azərbaycanlı alim kəşf etdi  +Foto

Dünyada ilk dəfə azərbaycanlı alim kəşf etdi +Foto

Hazırda oxunan: Dünyada ilk dəfə azərbaycanlı alim kəşf etdi +Foto

66998
Dünyada ilk dəfə olaraq Azərbaycan alimi tərəfindən hörümçəyin 3 yeni növü aşkarlanıb.

Bu barədə  Trend- ə Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutundan məlumat verilib.

İnstitutdan bildirilib ki, yeni hörümçəklər biologiya üzrə fəlsəfə doktoru Natalya Sneqovaya tərəfindən tapılıb. Yeni hörümçəklər otbiçən növ - Rilaena kelbajarica, Phalangium mcheidzeae, Phalangium gorbunovi adlanır. Dünya elmi üçün yenilik olan bu yeni növ hörümçəklər elm üçün təsvir də edilib.

Bu hörümçəklərin nazik, uzun ayaqları var və ot biçən formadadırlar.

Bununla yanaşı, alimlərimiz Azərbaycanda ev və vəhşi heyvanlar arasında ilk dəfə parazitlərin Cryptosporidium parvum növü aşkarlayıb. Lənkəran şirin sularında ilk dəfə olaraq, Qafqaz faunası üçün 1 növ çanaqlı amöb (Difflugia microclaviformis) və Azərbaycan faunası üçün (D.corona tuberculata) növü tapılıb.

Bunlardan əlavə, Azərbaycan faunasında ilk dəfə olaraq, yeni həşəratlar- 6 növ iynəcələr (Coenagrion puella (Linnaeus, 1758), C.vanbrinkae Lohmann, 1993, Cordulegaster insignis charpentieri Kolenati, C.vanbrinkae Lohman, 1993, Crocothemis servilla Drury, 1773, Libellula pontica Selys, 1887), Qafqaz faunası üçün 1 növ aktinetid gənələri (Myrmicothrombium sp.) ilk dəfə qeyd olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO