Parisdəki terror Rusiya-Qərb qarşıdurmasını yumşalda bilərmi?

Parisdəki terror Rusiya-Qərb qarşıdurmasını yumşalda bilərmi?

Hazırda oxunan: Parisdəki terror Rusiya-Qərb qarşıdurmasını yumşalda bilərmi?

66600
Fransada törədilən terror hadisəsi Qərbdə islamofibiya hallarının güclənməsinə və miqrasiya proseslərinin sərtləşdirilməsinə xidmət edəcək.

 Bunu Moderator.az-a açıqlamasında “Atlas”x9d Strateji Mərkəzin rəhbəri Elxan Şahinoğlu deyib.
 
Onun sözlərinə görə, iki ay bundan öncə Almaniyada baş qaldıran Antiislam Hərəkatı bu hadisədən sonra daha da güclənəcək: 
“Əgər iki ay bundan öncə Antiislam Hərəkatının təşkil etdiyi mitinqlərə 200-500 nəfər adam toplanırdısa, son günlərdə bu aksiyaya gələnlərin sayı 20 mini keçib. Bura gələnlərin heç də hamısı alman millətçiləri deyil, həmçinin miqrasiya probleminə etiraz edən sadə almanlar da var.  Son hasdisə isə  bu məsələni ön plana çıxaracaq və islamafobiya hallarının  güclənməsinə yeni təkan verəcək. Necə deyərlər, artıq amerikalı alim Hantinqtonun  mədəniyyətlərarası və dinlərarası toqquşma nəzəriyyəsi özünü doğrultmaqdadır və biz bunu Avropada müşahidə etməkdəyik. Bir vaxtlar bir çoxları bu nəzəriyyəyə spektik yanaşırdısa, artıq bu gün bu nəzəriyyə günün mövzususna çevrilib. Artıq Avropa dözümsüzlük halları yaşanmaqdadır.”x9d
Politoloqun fikrincə, bu hadisələr eyni zamanda Fransa və Almaniyanın daxili siyasətinə təsir edəcək: “Çünki yaxın vaxtlarda fransada prezident seçkilərinin keçirilməsi nəzərdə tutulur və ölkədəki daxili vəziyyətə nəzər salsaq. onda görərik ki, Fransa millətçilərinin reytinqi yüksəkdir və bu hadisələr də onların reytinqinin yüksəlməsinə və möhkəmlənməsinə xidmət edəcək. Bu da öz növbəsində milliyətçilərin növbəti prezident və parlament seçkilərində ciddi uğur əldə etməsinə imkan yaradacaq. Belə ki, millətçilər onsuz da hakimiyyətin miqrasiya siyasətini tənqid edirdilər və bu terror hadisəsi onlara fəaliyyətlərində revanş götürməyə  imkan verəcək. Və onlar  bu şansdan  maksimum yararlanmağa çalışacaqlar.”x9d
 Bu hadisədən Qərbin öz geosiaysi məqsədləri üçün istifadə etməsi məsələsinə gəldikdə, politoloq bildirdi ki, bu o qədər də inandırıcı deyil və istifadə etməyəcək: “Bu gün Yaxın Şərqdə, Suriyada, Ukraynada və dünyanın müxtəlif regionlarında kifayət qədər mürəkkəb situasiya olduğundan, Qərb bu problemlərin içində batmaq  və əlavə enerji xərcləmək istəmir.
Bu məsələnin Qərblə Rusiya arasında olan toqquşmanı ikinci plana keçiriməsi faktına gəldikdə isə E.Şahinoğlu bildirdi ki, bu mümkündür: 
“Çünki Fransa prezidenti bu günlərdə verdiyi bəyanatda Rusiya ilə münasibətlərin normallaşdırılmasında maraqlı olduğunu bəyan etmişdi.  Fransa Rusiya ilə dil tapmaqda maraqlıdır. O Rusiya ilə bütün körpülərin yandırılmasını istəmir. Almaniya da eyni zamanda Rusiya ilə münasibətlərin normallaşdırılmasında maraqlıdır. Amma onlar hesab edirlər ki, Rusiya tərəfi bu istiqamətdə bir addım atmalıdır. Yəni Ukrayna məsələsində müəyyən irəliləyişlər olarsa, Fransa və Almaniya Rusiya ilə münasibətlərinə yenidən baxıb, normallaşdıra da bilərlər. Onlar heç də iddia etmirlər ki, Rusiya Krım məsələsini həll etsin və geri qaytarsın. Yox. Onlar sadəcə istəyirlər ki, heç olmasa Ukraynanın şərqində separatçılara dəstəkdən əl çəksin. Əgər bu olarsa, Fransa və Almaniya Rusiya ilə münasibətləri bərpa edib, sanksiyaların yumşaldılmasına çalışa bilərlər. Bunu Rusiya tərəfi də istəyir. Amma Rusiya hələ ki, bu istiqamətdə addım atmır.”x9d

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO