İntiqam Babayev: “Azərbaycanda 5000-ə yaxın QİÇS xəsrtəsi var”x9d

İntiqam Babayev: “Azərbaycanda 5000-ə yaxın QİÇS xəsrtəsi var”x9d

Hazırda oxunan: İntiqam Babayev: “Azərbaycanda 5000-ə yaxın QİÇS xəsrtəsi var”x9d

63821

“İmmun çatışmazlığı virusunun törətdiyi xəstəliklər mövzusu tək bu gün üçün yox, hətta gələcəkdə də ciddi mövzu olaraq qalacaq. Bu mövzu həm də Azərbaycan və bütün dünya üçün ciddi problem olaraq qalmaqdadır”x9d.

Moderator.az xəbər verir ki, bunu İdman və gənclər nazirinin müavini İntiqam Babayev, Milli Məclisdə “HİV haqqında”x9d qanunla bağlı dinləmələr zamanı bildirib.
Nazir müavini qeyd edib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi bir neçə il əvvəl QİDC/HİV xəstəliyinin təbii fəlakətə bərabər xəstəlik olduğunu bəyan etdi:

 “Bu xəstəliyin qarşısının alınması üçün bir və ya bir neçə ölkə deyil, bütün dünya birgə mübarizə aparmalıdır. Azərbaycanda da bununla bağlı mübarizə metodları və qanunvericilik mövcuddur. Hətta bu qanunvericiliyin daha da təkmilləşdirilməsi üçün monitorinqlər keçirilir, qanunlara əlavə və dəyişikliklər edilir. Qanunlar təkmilləşdikcə, bu cür problemin aradan qaldırılması prosesi də tezləşdirilir. Rəsmi statistikaya görə, ölkədə 5 minədək vətəndaş bu xəstəlikdən əziyyət çəkir. Bu xəstəliklərə düçar olmuş bir çox insan özündə çətinliklə güc toplayaraq, profilaktik tədbirlərin görülməsi üçün həkimə müraciət edir. Onlarda belə bir fikir formalaşır ki, xəstəxanadan içəri daxil olsalar, qonşuları, yaxın adamları onu görəcək və xəstəliyi ilə bağlı hamı xəbərdar olacaq. Bunun qarşısını almaq üçün ölkədə maarifləndirmə tədbirləri artırılmalıdır”x9d.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO