People in Need (PIN) “ermənipərəst”x9d ittihamlarına cavab verdi -  Rəsmi

People in Need (PIN) “ermənipərəst”x9d ittihamlarına cavab verdi - Rəsmi

Hazırda oxunan: People in Need (PIN) “ermənipərəst”x9d ittihamlarına cavab verdi - Rəsmi

63625
People in Need (PIN) təşkilatı onun barəsində Azərbaycan mediasında və bir sıra QHT rəhbərləri tərəfindən səsləndirilən ittihamlara cavab olaraq aşağıdakı mətni qəzetimizə yollayıb. “Yeni Müsavat”x9d söz azadlığı və cavab haqqı prinsiplərinə riayət edərək, həmin cavabı dərc edir. Onu da vurğulayır ki, PİN haqqında “ermənipərəst”x9d iddiası Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramının Vətəndaş Cəmiyyəti Forumunun həmsədri, iqtisadçı ekspert Vüqar Bayramov tərəfindən səsləndirilib, qəzetimiz ilk zamanlar sadəcə bu mövqenin dərcini həyata keçirib. Daha sonra isə mövzuya dair qızğın polemikalar gedərkən əməkdaşlarımız PİN təşkilatının ermənipərəst olmasını sübut edən faktları taparaq, yayınlayıblar. Biz yenə də öz mövqeyimizdə qalırıq. Lakin qəzetlər özlərinin mövqelərini deyil, ən müxtəlif mövqeləri dərc etmək üçündür. Beləliklə, PİN təşkilatının özünə olan ittihamlara cavabı!


****

Azərbaycanda tənqidçilərə qarşı qara PR 

Bir daha, yenidən

Praqa, 2 dekabr, 2014-cü il. 


 "Kimlərisə ermənipərəst olmaqda ittiham etməklə tənqidləri susdurmaq və ölkənin faciəvi insan hüquqları durumundan diqqəti yayındırmaq Azərbaycan propaqandası tərəfindən istifadə edilən köhnə metodlardan biridir. Bu, Azərbaycanla bağlı çalışan digər beynəlxalq təşkilatların üzləşdiklərindən bir misaldır" - PIN təşkilatının direktoru Simon Panek deyib. Human Rights Watch və Amnesty International kimi müstəqil və nüfuzlu beynəlxalq təşkilatlar davamlı olaraq önyarğılı, qərəzli və "ermənipərəst mövqeli" olmaqda ittiham ediliblər. (Məsələn: [Azərbaycan dilində] ”“ bit.ly/1ybueDe ; bit.ly/1tGyVxc ). 

PIN təşkilatı Azərbaycan vətəndaş cəmiyyətini 2013-cü ildən dəstəkləyir. Azərbaycan hakimiyyəti QHT-lərinin fəaliyyətinə qarşı sərt qanunlar qəbul edərək və son illərdə hüquq müdafiəçilərini həbs edərək vətəndaş cəmiyyətinə qarşı misli görünməmiş basqılara başlayıb. "Belə sıx və hədəfli basqılar Şərq Tərəfdaşlığı ölkələrinin heç birində bənzəri olmayıb. Hətta Belarusda belə," Simon Panek əlavə edir. 

PIN 1992-ci ildə Praqada qeyri-hökümət təşkilatı kimi və humanizm, azadlıq, bərabərlik və həmrəylik ideyaları üzərində fəaliyyətə başlayıb. Təşkilat beynəlxalq aləm tərəfindən tanınmış bütün ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşır və beynəlxalq normalara uyğun olaraq fəaliyyət göstərir. Təbii fəlakətlər, müharibə və münaqişələrə məruz qalmış bölgələrdə çalışsa da, təşkilat heç zaman heç bir dövlətin mövqeyini təmsil etməyib. Avropa, Asiya, Afrika və Latın Amerikasında gördüyümüz işlər zamanı dəstək verdiyimiz insanların qorunması və onların hüquqlarının müdafiəsi PİN təşkilatının əsas prinsiplərindən biri olubdur. 

Təsis edildiyi gündən indiyə qədər keçən iki onillik zamanı PIN təxminən 60 ölkədə humanitar yardım və inkişaf və ya insan hüquqları və demokratiyaya yardım sahəsində çalışıb. Təşkilatın təsisçilərindən bu gün PIN-in idarə edilməsində heç bir rolu olmayan fərdlərin şəxsi baxışları təşkilatın mövqeyini, strategiyasını və ya siyasətini təmsil etmir. 

"Düşünürəm ki, ermənipərəst kimi ittiham edilməyimiz absurddur, çünki, hakimiyyəti qanunun aliliyinə, insan hüquqlarına hörmətə çağıran, hökümətdən hesabatlı və daha az korrupsiyalaşmış olmağı istəyənləri dəstəkləməyimiz ölkənin gələcəyinə qoyulmuş ən yaxşı sərmayədir," deyərək fikrini tamamlayır Simon Panek. 

//www.clovekvtisni.cz/en/articles/black-pr-tactics-against-critics-in-azerbaijan-once-again

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO