Noyabrın 24-də Ağadamda Azərbaycan hərbçiləri tərəfindən vurulan helikopterin “ekipaj üzvləri”x9dnin Ermənistanda dəfn mərasimi keçirildi. “Hürriyyət”x9din ötən sayında (24-27 noyabr tarixli sayında) dərc olunan “Ermənilər bu gün kimi dəfn edəcək”x9d sərlövhəli yazıda da qeyd etdiyimiz kimi, düşmən tərəfin iddiasına rəğmən, Azərbaycan Müdafiə Nazirliyi vurulan helkopterin ekipaj üzvlərinin hələ də hadisə yerində olduğunu bildirir. Ermənistan rəhbərliyi isə bəyan edir ki, xüsusi əməliyyatla helikopterin vurulduğu yerdən pilotlardan birinin meyitini, digərlərinin bədəninin qalıqlarını və helikopterin “qara qutu”x9dsunu ərazidən çıxarıblar. Hansı ki, Ermənistan telekanlallarının yayımladığı görüntülərdə də bir nəfərin tabutda uzadılmış meyiti əks olunub, digər kadrlarda isə yanmış geyimlər, ekipaj üzvlərinə məxsus paraşüt görünür...
Azərbaycan Müdafiə Nazirliyi hesab edir ki, məlum cənazə törəni
Ermənistan rəhbərliyinin daxili auditoriyaya hesablanmış siyasi şousundan başqa
bir şey deyil. Müdafiə Nazirliyinin açıqlamasında hərbi mütəxəssislərin rəyinə
istinadən vurğulanır ki, “Mi-24”x9d döyüş helikopterinin partlamasından və yerə
çırpılmasından sonra oradakı cəsədlərin heç bir cəhətdən ictimaiyyətə göstəriləsi
halda olması mümkün deyil: “11 ton çəkisi olan, saatda 250 km sürətlə yerə
çırpılan helikopterdən düşən cəsədin də videoda təqdim olunan formada qalması
qeyri-mümkündür. Aviasiya mütəxəssislərinin fikrinə görə, texniki baxımdan
“İqla”x9d daşınan zenit raket kompleksi ilə vurulduqdan sonra baş verən partlayış
nəticəsində cəmi 3-4 saniyə yanaraq yerə düşən və zərbədən tam dağılan “Mi-24”x9d
helikopterin ekipajının katapult edə bilməsi, yəni paraşütlə tullanması,
paraşütün isə ermənilərin təqdim etdiyi formada qalması mümkün deyil”x9d. Azərbaycan
Müdafiə Nazirliyinə görə, təqdim edilən videogörüntülər montaj işidir və
helikopter hadisəsi ilə bağlılığı yoxdur.
Kim yalan danışır: Ermənistan, yoxsa Azərbaycan rəhbərliyi?
Məlumat üçün bildirək ki, hazırda istər Azərbaycan, istər də
Ermənistan cəmiyyətində vurulan helkiopterin ekipaj üzvləri ilə bağlı yayılan məlumatlar
ciddi çaşqınlığa səbəb olub. Belə ki, Ermənistan rəhbərliyinin böyük çoşqu ilə
helikopterdə ölən ermənilərə “dəfn mərasimi”x9d təşkil etməsinə baxmayaraq, Azərbaycanın
cəsədlərin hələ də hadisə yerində olduğunu iddia etməsi beyinləri xeyli
dumanlandırıb. Təsadüfi deyil ki, Ermənistanın müxalif dairələri Sarkisyan
hakimiyyətini xalqa yalan məlumat verməkdə ittiham etdiyi bir ərəfədə, Azərbaycanda
da Müdafiə Nazirliyinin bəyanatına şübhə ilə yanaşanlar yox deyil...
“Cəmiyyətə söz deyil, fakt lazımdır”x9d
Adının çəkilməsini istəməyən ekspert “Hürriyyət”x9din əməkdaşı
ilə söhbətində bildirdi ki, Azərbaycan Müdafiə Nazirliyi helkopterin vurulması
nəticəsində ölən ekipaj üzvlərinin cəsədlərinin hadisə yerində olduğunu cəmiyyətə
sübut etməlidir: “Azərbaycan Müdafiə Nazirliyi Ermənistan hakimiyyətinin xalqa
yalan məlumat verdiyini, erməni cəsədlərinin hələ də helikopter düşən ərazidə
olduğunu iddia edirsə, bunu sübut etməlidir. İstər Azərbaycan, istər də Ermənistan
cəmiyyətinə söz deyil, fakt lazımdır. Əlsində, bu hadisə Ermənistan rəhbərliyinin
yalanını ifşa etmək üçün Azərbaycan tərəfin əlinə düşmüş önəmli fürsətdir. O
cümlədən, artıq Azərbaycan ictimaiyyətində də ermənilərin helikopterdə ölən hərbçilərin
cəsədini və helikopterin “qara qutu”x9dsunu çox asanlıqla bizdən ala bildikləri
haqda fikirlər formalaşır. Azərbaycan Müdafiə Nazirliyi bu şübhələri ortadan
qaldırmaq üçün bu və digər yollarla ekipaj üzvlərinin cəsədlərini ələ keçirməli,
onları hər iki ölkənin - Azərbaycan və Ermənistanın ictimaiyyətinə nümayiş
etdirməli və haqlı olduğunu sübut etməlidir”x9d.
"Helikopterdə ölən ermənilər Azərbaycanda dəfn
edilsin"
Yeri gəlmişkən, Azərbaycan Milli Məclisinin Təhlükəsizlik və
müdafiə məsələləri komitəsinin üzvü, YAP-çı deputat Aydın Mirzəzadə də şəxsi
facebook səhifəsində dolayısı ilə bu məsələni gündəmə gətirib. A.Mirzəzadə
hesab edir ki, Ermənistan öz hərbçilərinə sahib çıxmaq istəmirsə, həmin ermənilərin
nəşi hadisə yerindən götürülərək xristian adəti ilə Azərbaycan ərazisində dəfn
edilməlidir: “Helikpoterin vurulması Ermənistanın Azərbaycana qarşı qəsbkarlığını
təsdiq etməklə yanaşı, düşmən ölkənin zəifliyini açıq-aydın biruzə verir. Ermənistan
normal qonşuluq münasibətləri qura bilmədiyi kimi, öz əsgərinə sahib durmağı da
bacarmır. İrəvan bu gün hərbçilərinin meyitini götürmək üçün heç bir təşəbbüs
göstərmir, bunun üçün müvafiq addımlar atmır. Dünən isə (bir neçə gün öncə -
red.) Ermənistan guya əməliyyat keçirərək, hərbi pilotlarının birinin meyitini
və onun paraşütünü götürdüyünü elan etdi. Ancaq nümayiş etdirilən kadrlarda
yanan hərbi texnikadan guya salamat insan bədəni və zərər dəyməmiş paraşüt
nümayiş etdirilir...
Dümən olsalar da, helikopterdə həlak olanlar insandırlar və
onların da normal torpağa tapşırılmaq hüququ var. Ermənistanın öz əsgərinə
sahib çıxmaq istəməməsini nəzərə alaraq, onların nəşinin götürülərək xristian
adəti ilə Azərbaycan ərazisində dəfn edilməsini təklif edirəm. Bu işə Azərbaycanda
fəaliyyət göstərən xristian icmalarının din xadimlərini cəlb etmək olar”x9d.
Millət vəkilinin çağırışına nə kimi reaksiya veriləcək?
Əlbəttə, biz Aydın Mirzəzadənin Azərbaycan Müdafiə
Nazirliyinin açıqlamasına şübhə ilə yanaşdığını iddia etmək fikrində deyilik.
Lakin bu faktın özü də göstərir ki, cəmiyyətdəki şübhələrin aradan
qaldırılması, eyni zamanda Sərkisyan hakimiyyətinin yalanını ifşa etmək üçün
vurulan helikopterin ekipaj üzvlərinin götürlməsini istəyənlər Azərbaycanda da
az deyil. Çünki bu gün çoxlarına qəribə gəlir ki, Ermənistan helikopterinin
vurulması nəticəsdində ölən ermənilərin valideynləri Sərkisyan hakimiyyətinin
maraqları naminə öz övladlarının cəsədlərinin Azərbaycan tərəfdə qalması ilə
barışıb. Axı, helikopterin vurulması nəticəsində cəsədlər nə qədər tanınmaz
hala düşsə də, tabutda öz övladının cənazəsi olduğuna inanmayan valideyn
hakimiyyətin hazırladığı siyasi şouaya necə qatıla bilərdi?! Digər tərəfdən, bəzi
mütəxəssislər helikopterin vurulması nəticəsində baş verən partlayış zamanı
ekipaj üzvlərinin hər üçünün tamamilə yanma ehtimalını istisna edirlər. Onların
fikrincə, əgər helikopter göydə parçalanıbsa, böyük ehtimalla, cəsədlərdən ən
azı biri bütöv yanmaqdan xilas olub. Bununla yanaşı, əgər Ermənistan
telekanalları meyitlərdən birinin sadəcə üzünü bağlayıbsa, deməli, həmin erməninin
kimliyi bəllidir. Bu səbəbdən, sözügedən hərbçinin valideyni onun helikopterin
ekipaj üzvlərindən biri, yəni öz övladları olmadığını bildiyi halda hakimiyyətin
yalanı qarşısında necə susqunluq nümayiş etdirə bilər?!
Odur ki, bu və digər çoxsaylı suallara cavab tapılması və cəmiyyətdə
mövcud olan şübhələrə son qoyulması üçün Müdafiə Nazirliyi ortaya ciddi fakt
qoymalıdır. Zənnimizcə, nə qədər ki, erməni hərbçilərin meyiti hadisə yerində
qalacaq, cəmiyyətdə şübhələr get-gedə daha da artacaq. Digər tərəfdən, bu
faktın özü Azərbaycan Milli Ordusunun qüdrətini bir daha hər kəsə təsdiqləmiş
olar...
“Hürriyyət”x9d
































































































