“Milyonçularımızın sayı əhalisi Azərbaycan qədər olan istənilən ölkədən çoxdur”x9d

“Milyonçularımızın sayı əhalisi Azərbaycan qədər olan istənilən ölkədən çoxdur”x9d

Hazırda oxunan: “Milyonçularımızın sayı əhalisi Azərbaycan qədər olan istənilən ölkədən çoxdur”x9d

62416

Ermənistan parlamentində rəsmi olaraq 19 milyonçunun təmsil olunması ilə bağlı xəbər Azərbaycan parlamentinin mövcud durumunu da müzakirə predmetinə çevirib. Maraqlıdır,

Azərbaycan parlamenti neçə milyonçu var? Ermənistanda gəlir deklorasiyalarının elan edilməsi Azərbaycanın bu müstəvidə düşmən ölkədən geri qalması kimi dəyərləndirilə bilərmi?

Bununla bağlı Moderator.az saytı və “Hürriyyət”x9d qəzetinə açıqlama verən Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı Azərbaycanda milyonçuların sayının Ermənistandan çox olduğunu, fəqət bu barədə bilgilərin elan edilmədiyini vurğuladı:

“Gəlir deklorasiyası ilə bağlı qanunun qəbul edilməsindən zənnimcə, çox illər ötür. Azərbaycan hakimiyyətində təmsil olunan şəxslər, nazirlər, millət vəkilləri və s. öz gəlirləri haqqında məlumat verməlidirlər. Sivil ölkələrdə gəlir deklorasiyasını elan edənlərin başında ölkə başçısı, baş nazir və digər yetkililər gəlir. Azərbaycanda isə gəlir deklorasiyasının açıqlanmaması hakimiyyətin mahiyyətini ortaya qoyur. Azərbaycanda guya milyonçuların olmaması haqqında məlumatlar yayırlar. Azərbaycan hakimiyyətində təmsil olunan şəxslərin deklorasiyası mövcud olsa, onların sərvətləri haqqında gerçək məlumatlar açıqlansa, o zaman məlum olar ki, Azərbaycanda olan milyonçuların sayı nəinki Ermənistan, Azərbaycanın əhalisi qədər əhalisi olan istənilən ölkədən xeyli çoxdur. Bu, son illər büdcədən ayrılan vəsaitlərin yeyilməsində özünün göstərir. Həm də monopoliyaların mövcudluğunda özünü büruzə verir. Azərbaycan hər bir sahə müxtəlif vəzifə sahibi tərəfindən monopoliyaya götürülüb. Bu rəqəmlərin açıqlanmaması qanuna tabe olmamaqdan irəli gəlir. Eyni zamanda, Azərbaycanda qanunların deyil, göstərişlərin daha əsas olduğunu isbatlayır. Bu müstəvidə Azərbaycanı Ermənistanla müqayisə edəndə ortaya utandırıcı bir mənzərə ortaya çıxır. Biz Azərbaycanın daha demokratik bir ölkə olmasını istəyirik. Amma qanunlara əməl olunmur. Əgər bizə düşmən olan bir ölkə bu rəqəmləri açıqılaya bilirsə, buna cəsarət tapırsa, bu o deməkdir ki, ən azından bu nöqtədə Ermənistan hakimiyyəti Azərbaycan hakimiyyətindən irəlidədir. Lakin bununla belə Erməınistan hakimiyyətinin daha demokratik olması fikrindən çox-çox uzağam. Qonşu dövlətin ərazilərini işğal edən bir ölkənin hakimiyyətinin demokratik anlayış və təfəkkürə sahib olması mümkünsüzdür”x9d.

 

Seymur Əliyev

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO