Moderator.az xəbər verir ki, Milli Məclisdə keçirilən büdcə müzakirələri zamanı çıxış edən millət vəkili Zahid Oruc diqqəti beynəlxalq münasibətlər sistemindəki gərginliyə çəkərək qeyd edib ki, Rusiya-Ukrayna və Rusiya Qərb arasındakı konfrontasiya bizə də təsir edir.
Sanksiyaların
nəticəsində ənənəvi ticari münasibətlərin xeyli dərəcədə qırıldığını vurğulayan
millət vəkili mətbuata açıqlamasında isə bu məsələ ilə bağlı bir daha
Rusiyada yaşayan soydaşlarımızın da ziyan çəkdiyini, nəticədə onların vasitəsilə
ölkəmizə daxil olan 2 milyard dollara yaxın vəsaitin kəskin azaldığını, həmçinin
rus rublu ilə çalışan bankların və həmin valyutada saxlanan maliyyə
rezervimizin də zərər gördüyünü mənfi tendensiyalar kimi dilə gətirdi:
“Lakin
tarix göstərir ki,1979-cu ildən sanksiyalara məruz qalan İranla bütün əlaqələri
kəsmək mümkün olmadığı üçün məsələn, Türkiyədə minlərlə firma və iri
kompaniyalar yaranaraq, həmin yasaq rejimindən faydalanırdı.Bu o deməkdir
ki,hökumətimiz Rusiyada yaranmış yeni bazarlara çıxış üçün xırda və orta
sahibkalığı inkişaf etdirməli,biznes mühitinə kənar müdaxilələri və qeyri-rəsmi
tələbləri aradan qaldırmalı və şimal qonşumuzla müxtəlif xarici malların
mübadiləsində rol oynayan şirkətlərin yolunu açmalıdır.Çünki müharibə biriləri
üçün faciə,başqaları üçün fürsət və yeni imkanlar deməkdir.
Həmçinin,Rusiya
Əmanət Bankının rəhbəri Qerman Qrefin dediyi sözləri bizim də dəyərəndirməyimizdə
də bir fayda olardı. O,söyləmişdi ki,"bu gün dünyada heç kəs
vaxtının 2 saatını baklarda itirmək istəmir.Rus xalqını kütləvi olaraq işləməyə
cəlb edə bilsək,xaricdən texnoloji asılığımızı aradan qaldırsaq və effektli
idarəçiliyi təmin etsək,sanksiyalar bizə təsir göstərməyəcək”x9d
Bu
sözlər bizə də aiddir.Azərbaycan da Qərbdən texnologiya almağa,innovativ
proqramları əxz etməyə və idarəçiliyin effektivliyini artırmağa məcburdur.Yalniz
bu halda dayanıqlı büdcə siyasətini yürütmək mümkün olardı".




























































































