Yaralıların adları bilindi

Yaralıların adları bilindi

Hazırda oxunan: Yaralıların adları bilindi

59096
Bu gün Bakının Qaradağ rayonunda baş verən yol qəzasında yaralananların adları məlum olub.

Moderator.az -ın məlumatına görə, Klinik Tibbi Mərkəzdən (KTM) APA-ya verilən xəbərdə bildirilir ki, Bakı-Qazax yolunun 16-cı kilometrliyində baş verən qəza nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan 14 nəfər xəstəxanaya yerləşdirilib. Onlar aşağıdakılardır: 

1994-cü il təvəllüdlü Abdulla Pəhləvan oğlu Abışov, 2007-ci il təvəllüdlü Yasər Səid oğlu Məmmədov, 1983-cü il təvəllüdlü Yulanə Abduləzim qızı Məmmədova, 1973-cü il təvəllüdlü Rafiq Kamran oğlu Səfərəliyev, 2009-cu il təvəllüdlü Saray Gülşad qızı Əsədova, 1989-cu il təvəllüdlü Vüsalə Abdulla qızı Əsədova, 1989-cu il təvəllüdlü Tural Şahsuvar oğlu Əsədov, 1989-cu il təvəllüdlü Heyran Məhəmməd qızı Məmmədova, 1965-ci il təvəllüdlü İmdad Azad oğlu Məmmədov, 1982-ci il təvəllüdlü Nurlan Soltan oğlu Sultanov, 2009-cu il təvəllüdlü Tural Mirabbas oğlu Əsədov, 1985-ci il təvəllüdlü Xəyalə Abdulla qızı Abdullayeva

KTM-dən həmçinin bildirilib ki, qəza zamanı xəstəxanaya gətirilən sərnişinlərin ikisinin adını müəyyənləşdirmək hələlik mümkün olmayıb. 

Qəza zamanı ölən şəxslərin cəsədi Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qaradağ Rayon şöbəsinə yerləşdirilib. Şöbədən APA-ya verilən məlumata görə, qəza zamanı ölən iki nəfərin şəxsiyyəti hələlik məlum deyil.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO