Akif Əlizadə gecikdiklərini etiraf edir...

Akif Əlizadə gecikdiklərini etiraf edir...

Hazırda oxunan: Akif Əlizadə gecikdiklərini etiraf edir...

58905
Dünən AMEA prezidenti, akademik Akif Əlizadə Moderator.az-a müsahibəsində ilk baxışda adamda xoş ovqat yaradan bir məqama toxunmuşdu:

"Xaricdə olan Azərbaycanın elm diasporundan ölkəmizin elm potensialını artırmaq üçün istifadə etməyə çalışırıq. Biz müəyyən etmişik ki, hazırda dünyanın müxtəlif ölkələrində 500-dən artıq azərbaycanlı elmlər doktoru, professor elm ocaqlarında çalışır.
Mən bu yaxınlarda, daha doğrusu, oktyabrın 28-də Almaniyada bu ölkədə çalışan 30-dan artıq azərbaycanlı alimlə görüş keçirəcəyəm. Bu görüşdə mən orada çalışan alimlərimizin yardımı ilə Azərbaycandakı gənc alimlərin yetişməsinə öz töhfələrini vermələrinə çalışacam. Yəni onlar perspektivli azərbaycanlı gənclərdən fəlsəfə doktorları hazırlasınlar. Bundan əlavə olaraq akademiyada bir laboratoriya yaratamaq və xaricdəki alimlərimizi mütəmadi olaraq bura dəvət etməyi planlaşdırırıq. Bax belə planlar var. Düzdür, bu məslədə bir az geciksək də yenə çalışmaq lazımdır və onların xidmətindən istifadə etməliyik."
Amma hörmətli akademikdən bir neçə gün öncə dünya şöhrətli alim, kitabları 5 qitənin nüfuzlu universitetlərində dərs vəsaiti kimi tədris olunan, özü Amerikada, Avropada doktorantlar hazırlayan, tələbələri dünyanın adlı-sanlı universitetlərdində çalışan professor Rafiq Əliyev bildirmişdi ki, o gənclərin əksəriyyəti burdan baş götürüb gediblər. Üstəlik, professor onu da bildirmişdi ki, dünyanın nüfuzlu jurnallarında çap olunan həmin gənclərin məqalələrində də onlar Azərbaycan universitetlərinin adlarını çəksələr də əslində hal-hazırda işlədikləri xarici elm mərkəzlərinin burda xidmətləri çoxdur:
 
"1998-ci ildə ABŞ Dövlət Departamentinin qərarı ilə yaradılmış idarəetmə üzrə Amerika-Azərbaycan proqramı var, o proqramda dərs deyirəm. İngilis dilli proqramdır. Proqram haqqında da onu deyim ki, mən bilən o proqram haqqında çox adamın informasiyası var, burda etik standart çox yüksəkdir. Nə bir tapşırıq, nə bir tanışlıq, nə Allah eləməmiş, rüşvət kimi şeylər ola bilməz. Bizim 350-400-ə yaxın məzunumuz dünyanın müxtəlif ölkələrində-Amerika, Kanada, Almaniya universitetlərində çalışırlar.

Çox şükr ki, onların 90-95 faizi azərbaycanlılardı.Onların bir çoxu xaricdəki nüfuzlu elm mərkəzlərində və universitetlərdə işləyirlər. Onlarla daim əlaqə saxlayırıq. Onların içərisindən o qədər tutaq ki, bp və digər nüfuzlu şirkətlərdə yüksək postlarda, hətta şirkət prezidenti kürsüsündə çalışanlar var ki. Yəni çox yaxşı inkişaf etmiş məzunlarımız var. Mən həmin proqramda dərs deyirəm. Eyni zamanda dünyanın başqa universitetlərində, məsələn, Kiprdə mənim çoxlu doktor tələbələrim var. Orada magistrlər üçün dərs demirəm, ancaq doktorlar üçün məruzələrim, həm də dissertasiya rəhbərliyim olur. O cümlədən, Amerikada, Almaniyada da dissertasiyalara rəhbərlik edirəm."


Göründüyü kimi, akademik Akif Əlizadənin dediyi məqamlar bu açıqlamadan bir neçə gün öncə dilə gətirilib və könül istərdi ki, deyilən bu vədlər söz olaraq qalmasın. Digər tərəfdən, həmin gəncləri hazırlayan burdakı alimlər də unudulmasın və onlara dövlət öz qayğısını əsirgəməsin. Ancaq çox təəssüf ki, ötənlərdə biz bunun əksini gördük...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO