7 rayon necə qayıdacaq?

7 rayon necə qayıdacaq?

Hazırda oxunan: 7 rayon necə qayıdacaq?

57775
Azərbaycan və Ermənistanın böyük güzəştləri üçün əlverişli geosiyasi durum yaranıb. 

ANS PRESS-in məlumatına görə, bunu Rusiya Dövlət Dumasının keçmiş deputatı, politoloq Sergey Markov bildirib. 

Rus politoloq Azərbaycan və Ermənistan siyasətçilərinin Qarabağı qaytarılması üzrə fəal danışıqlar aparması barədə daha əvvəl dediyi sözləri də xatırladıb və ehtimal etdiyi güzəştləri bununla bağlayıb. Onun fikrincə, güzəşt dedikdə Ermənistanın Dağlıq Qarabağ ətrafındakı 7 rayonu qaytarması, Azərbaycan və Türkiyənin isə sərhədləri açması başa düşülməlidir. 

“Amma, mənim fikrimcə, bu müvəqqəti həlldir, çünki Dağlıq Qarabağın statusu məsələsinə aydınlıq gətirmir. Amma bununla belə bu, müsbət danışıqlar üçün əsas yaradır”,- deyə Sergey Markov vurğulayıb. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO